https://sputnik.az/20210905/Qaraban-sslri-yen-dnyan-bryck-Adamllar-doma-hrd-sz-verdilr-427854999.html
Qarabağın səsləri yenə dünyanı bürüyəcək: Ağdamlılar doğma şəhərdə söz verdilər
Qarabağın səsləri yenə dünyanı bürüyəcək: Ağdamlılar doğma şəhərdə söz verdilər
Sputnik Azərbaycan
Muğam ifaçısı Firuz Səxavət Ağdam bərpa olunandan sonra qayıdıb burada uşaqlara dərs deyəcəyinin, Qarabağın gözəl səslərinin yenidən dünyaya səs salacağını... 05.09.2021, Sputnik Azərbaycan
2021-09-05T21:15+0400
2021-09-05T21:15+0400
2021-09-05T21:36+0400
xəbərlər
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854638_0:175:1200:853_1920x0_80_0_0_74e25616601aa294cff902ea5f8a2826.jpg
BAKI, 5 sentyabr — Sputnik. Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz doğma şəhərində olub. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib."Ağdam sakinləri bu gün doğma torpağa ilk dəfə qədəm basdılar". Bunu jurnalistlərə açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.O deyib ki, indiyə qədər bir çox qonaqları - xarici qonaqları, dövlət xadimlərini qəbul ediblər. Amma bu gün xüsusi və əlamətdar gündür. Çünki Ağdam sakinləri bura səfər edir."Bu səfərlər böyük qayıdışın bir hissəsi olaraq təşkil olunub. Bu səfərlər kompaniya xarakteri daşımır. Bizim vətəndaşlarımzdır. Onların haqqıdır. Onlar bura dədə-baba torpaqlarına qayıdana qədər bu səfərlər təşkil olunacaq. Onlar burda gedən işlərlə tanış olacaqlar. Bu qayıdışın birinci mərhələsidir. Biz ona görə də çox sevinirik. Pənahəli xanın imarət kompleksi ilə tanış olurlar. Məkanların hamısına baxacağıq. Çox xoş əhval-ruhiyyə var bu gün. Gözəl hava var. Sanki ulu tanrı da bu səfəri alqışlayır, təqdir edir", - Emin Hüseynov deyib. O əlavə edib ki, bərpa planında Ağdamın səfalı yerləri, dağlıq kəndləri də var."Sözsüz ki, ermənilər o kəndləri də talan edib, dağıdıblar. Dövlət orqanları, Əlaqələndirmə Qərargahı çərçivəsində dəymiş ziyanın hamısını siyahıya alıb. Abdalgülablı çox məşhur kənddir. Bərpa planında o kəndlər də yer alır. Sözsüz ki, mənfur düşmən böyük miqyaslı ziyan vurub. Dövlət orqanları əlaqələndirmə qərargahı çərçivəsində ordakı dəymiş ziyanı inventarlaşdırır. Hamısının qeydiyyatını aparıb. O kənddə bərpa olunması üçün böyük miqyaslı işlər aparılmalıdır. Tam əmin ola bilərsiniz ki, bunlar hamısı olacaq. Biz Ağdamı cənab prezidentin də qeyd etdiyi kimi, cənnətə çevirəcəyik. Azərbaycanın ən səfalı güşələrindən biri kimi burada da hər cür şərait yaradılacaq ki, vətəndaşlarımız öz doğma torpaqlarına qayıdıb, burda yaşasınlar", - Heseynov deyib.Ağdam rayonunun Abdalgülablı kəndindən olan muğam ustası Firuz Səxavət isə deyib ki, qayıdıb doğma kəndində uşaqlara dərs deyəcək: "Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik".O, Ağdamın bərpa olunacağı günü səbirsizliklə gözlədiyini bildirib. Firuz Səxavət bu səfər üçün çox sevindiyini və bütün qarabağlıların öz evlərinə qayıdacağına əmin olduğunu vurğulayıb:"Ağdamda olan bu havaya bizi 30 il həsrət eləmişdilər. Allah onlara lənət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanın canın sağ eləsin ki, bu gözəl günləri bizə yaşatdı. Əminəm ki, bütün Qarabağ səsləri yenə də dünyaya səs salacaq. O insanlar burda yaşamalıdır ki, o səs olsun. Bu gözəl abadlaşma işləri yekunlaşandan sonra burda texnikumlar, institutlar olacaq. Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik. Həmin o səslər dünyaya yenə də səs salacaq".Bir qrup Ağdam sakini və rayon ictimaiyyəti nümayəndələrinin rayonun müxtəlif yerlərinə baş çəkib, işğal müddətində erməni faşistləri tərəfindən dağıdılmış yurd yerlərini ziyarət edib."Biz müqəddəs bir yerdə dayanmışıq və burda təssüratlar ancaq zəngin ola bilər. Bu Şuşa, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın burda türbəsi var. Təbii ki, bu yerdə Ağdamın tarixinə səyahət edirsən. Ancaq Ağdamın o dövr üçün müasir dövrləri də vardı.", - əslən Ağdamdan olan ziyalı, Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli bildirib. O deyib ki, bu gün Ağdamda ziyarət edilən yerlər yalnız və yalnız Ağdamın tarixi yerləridir. O müasir şəhərdən, Ağdamdan geriyə əsər-əlamət də qalmayıb və ermənilərin bu qəddarlığı olduqca kədərləndiricidir."Müasir Ağdam da vardı. Qarabağda iqtisadi və mədəni cəhətdən ən tanınmış, ən seçilən şəhər mərkəzlərindən biri idi. Təbii ki, bu gün Ağdam yoxdur. Ancaq xatirələrimizdə yaşayır, yazılan yazılarda yaşayır. Məsələn, mənim "Ağdamda nəyim qaldı" romanımda yaşayır. Amma bununla belə, bizim ürəyimizdə bir möhtəşəm qələbənin sevinci var. Biz burada çox kədərli mənzərələr gördük. Düşmən tərəfindən dağıdılmış şəhər qalıqlarını görəndə ürəyimizdən qara qanlar axdı. Amma bununla belə içimizdə inam var ki, Ali baş komandanımız, prezidentimiz İlham Əliyevin rəhbərliyi, göstərişi ilə Ağdam sürətli şəkildə qurulacaq və gələcəkdə burda müasir ultra meqapolis yaranacaq. Tam müasir bir şəhər olacaq", - Əli Əmirli əlavə edib.Qeyd edək ki, bu gün bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854638_0:137:1200:891_1920x0_80_0_0_08dc7b2ad0cd62c714bc980f29299a1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Qarabağın səsləri yenə dünyanı bürüyəcək: Ağdamlılar doğma şəhərdə söz verdilər
21:15 05.09.2021 (Yenilənib: 21:36 05.09.2021) Muğam ifaçısı Firuz Səxavət Ağdam bərpa olunandan sonra qayıdıb burada uşaqlara dərs deyəcəyinin, Qarabağın gözəl səslərinin yenidən dünyaya səs salacağını bildirib.
BAKI, 5 sentyabr — Sputnik. Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz doğma şəhərində olub. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib.
"Ağdam sakinləri bu gün doğma torpağa ilk dəfə qədəm basdılar". Bunu jurnalistlərə açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O deyib ki, indiyə qədər bir çox qonaqları - xarici qonaqları, dövlət xadimlərini qəbul ediblər. Amma bu gün xüsusi və əlamətdar gündür. Çünki Ağdam sakinləri bura səfər edir.
"Bu səfərlər böyük qayıdışın bir hissəsi olaraq təşkil olunub. Bu səfərlər kompaniya xarakteri daşımır. Bizim vətəndaşlarımzdır. Onların haqqıdır. Onlar bura dədə-baba torpaqlarına qayıdana qədər bu səfərlər təşkil olunacaq. Onlar burda gedən işlərlə tanış olacaqlar. Bu qayıdışın birinci mərhələsidir. Biz ona görə də çox sevinirik. Pənahəli xanın imarət kompleksi ilə tanış olurlar. Məkanların hamısına baxacağıq. Çox xoş əhval-ruhiyyə var bu gün. Gözəl hava var. Sanki ulu tanrı da bu səfəri alqışlayır, təqdir edir", - Emin Hüseynov deyib. O əlavə edib ki, bərpa planında Ağdamın səfalı yerləri, dağlıq kəndləri də var.
"Sözsüz ki, ermənilər o kəndləri də talan edib, dağıdıblar. Dövlət orqanları, Əlaqələndirmə Qərargahı çərçivəsində dəymiş ziyanın hamısını siyahıya alıb. Abdalgülablı çox məşhur kənddir. Bərpa planında o kəndlər də yer alır. Sözsüz ki, mənfur düşmən böyük miqyaslı ziyan vurub. Dövlət orqanları əlaqələndirmə qərargahı çərçivəsində ordakı dəymiş ziyanı inventarlaşdırır. Hamısının qeydiyyatını aparıb. O kənddə bərpa olunması üçün böyük miqyaslı işlər aparılmalıdır. Tam əmin ola bilərsiniz ki, bunlar hamısı olacaq. Biz Ağdamı cənab prezidentin də qeyd etdiyi kimi, cənnətə çevirəcəyik. Azərbaycanın ən səfalı güşələrindən biri kimi burada da hər cür şərait yaradılacaq ki, vətəndaşlarımız öz doğma torpaqlarına qayıdıb, burda yaşasınlar", - Heseynov deyib.
Ağdam rayonunun Abdalgülablı kəndindən olan muğam ustası Firuz Səxavət isə deyib ki, qayıdıb doğma kəndində uşaqlara dərs deyəcək: "Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik".
O, Ağdamın bərpa olunacağı günü səbirsizliklə gözlədiyini bildirib. Firuz Səxavət bu səfər üçün çox sevindiyini və bütün qarabağlıların öz evlərinə qayıdacağına əmin olduğunu vurğulayıb:
"Ağdamda olan bu havaya bizi 30 il həsrət eləmişdilər. Allah onlara lənət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanın canın sağ eləsin ki, bu gözəl günləri bizə yaşatdı. Əminəm ki, bütün Qarabağ səsləri yenə də dünyaya səs salacaq. O insanlar burda yaşamalıdır ki, o səs olsun. Bu gözəl abadlaşma işləri yekunlaşandan sonra burda texnikumlar, institutlar olacaq. Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik. Həmin o səslər dünyaya yenə də səs salacaq".
Bir qrup Ağdam sakini və rayon ictimaiyyəti nümayəndələrinin rayonun müxtəlif yerlərinə baş çəkib, işğal müddətində erməni faşistləri tərəfindən dağıdılmış yurd yerlərini ziyarət edib.
"Biz müqəddəs bir yerdə dayanmışıq və burda təssüratlar ancaq zəngin ola bilər. Bu Şuşa, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın burda türbəsi var. Təbii ki, bu yerdə Ağdamın tarixinə səyahət edirsən. Ancaq Ağdamın o dövr üçün müasir dövrləri də vardı.", - əslən Ağdamdan olan ziyalı, Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli bildirib. O deyib ki, bu gün Ağdamda ziyarət edilən yerlər yalnız və yalnız Ağdamın tarixi yerləridir. O müasir şəhərdən, Ağdamdan geriyə əsər-əlamət də qalmayıb və ermənilərin bu qəddarlığı olduqca kədərləndiricidir.
"Müasir Ağdam da vardı. Qarabağda iqtisadi və mədəni cəhətdən ən tanınmış, ən seçilən şəhər mərkəzlərindən biri idi. Təbii ki, bu gün Ağdam yoxdur. Ancaq xatirələrimizdə yaşayır, yazılan yazılarda yaşayır. Məsələn, mənim "Ağdamda nəyim qaldı" romanımda yaşayır. Amma bununla belə, bizim ürəyimizdə bir möhtəşəm qələbənin sevinci var. Biz burada çox kədərli mənzərələr gördük. Düşmən tərəfindən dağıdılmış şəhər qalıqlarını görəndə ürəyimizdən qara qanlar axdı. Amma bununla belə içimizdə inam var ki, Ali baş komandanımız, prezidentimiz İlham Əliyevin rəhbərliyi, göstərişi ilə Ağdam sürətli şəkildə qurulacaq və gələcəkdə burda müasir ultra meqapolis yaranacaq. Tam müasir bir şəhər olacaq", - Əli Əmirli əlavə edib.
Qeyd edək ki, bu gün bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri başa çatıb.