Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin mobil telefondan istifadə etmədiyini bildirib

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il
Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Şərq İqtisadi Forumunun moderatoru, jurnalist Sergey Brilyev Rusiya Prezidentini Almaniya kansleri ilə müqayisə edib.
BAKI, 3 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) gedişatında tədbirin moderatorunun sualına cavab olaraq mobil telefondan istifadə etmədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.
ŞİF-in moderatoru, jurnalist Sergey Brilyev tədbirin əvvəlində üzünü prezidentə tutaraq "Mən indi səhnəyə çıxmanıza fikir verdim və əmin oldum ki, Angela Merkeldən (Almaniya kansleri-red.) fərqli olaraq sizin üstünüzdə mobil telefon yoxdur, odur ki, tədbir vaxtı zəng səsi gəlməyəcək", – deyə yumorla bildirib.
Cavabında prezident də zarafatla "Məncə, bunu görmək o qədər də çətin deyil", – deyib.
Bundan sonra jurnalist dövlət başçısından, ümumiyyətlə mobil telefondan istifadə edib-etmədiyini soruşub. Putin isə "yox" cavabını verib.
Qeyd edək ki, avqust ayında Putinlə Merkelin Kremldə baş tutan görüşündə qəfildən zəng səsi gəlib və məlum olub ki, alman hökumətinin başçısı mobil telefonunu söndürməyi unudub. Bundan sonra Merkel tələm-tələsik telefonunu cibindən çıxararaq söndürüb. Həmin vaxt Putin baş verənlərə fikir vermədən nitqinə davam edib.
Xatırladaq ki, Şərq İqtisadi Forumu 2-4 sentyabr tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.
Həmçinin oxuyun: 
* Putin məktəblilərə məsləhət verdi
Xəbər lenti
0