https://sputnik.az/20210831/Xzryan-lklrin-dnizd-birg-hrbi-tlimlri-keirilck-427816722.html
Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək
Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək
Sputnik Azərbaycan
Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcəkRusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T13:16+0400
2021-08-31T13:16+0400
2021-11-17T00:03+0400
xəbərlər
rusiya
xəzər
təlim
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427297283_0:87:1200:762_1920x0_80_0_0_0221ef9fee5178e32199141405cfc3d0.jpg
BAKI, 31 avqust — Sputnik. Rusiya, Azərbaycan, İran və Qazaxıstan "Dəniz kuboku" müsabiqəsinin bitməsindən sonra – sentyabrın əvvəlində Xəzər dənizində hərbi-dəniz təlimləri keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xəzər donanmasının komandanının müavini, kontr-admiral Sergey Ekiov bildirib.Qeyd edək ki, avqustun 29-u "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin növbəti mərhələsi keçirilib.Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.Komissiyasının qərarına əsasən hakimlər bu mərhələdə Rusiya komandasını 38 xalla birinci, Qazaxıstan və İran komandalarını 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandasını isə 32 xalla üçüncü yerə layiq görülüblər.Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.Həmçinin oxuyun:“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələsi yekunlaşıb - VİDEO
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427297283_36:0:1165:847_1920x0_80_0_0_340e9eabcecd738ce86bbf6812a45204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, xəzər, təlim, dünya, azərbaycan
xəbərlər, xəzər, təlim, dünya, azərbaycan
Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək
13:16 31.08.2021 (Yenilənib: 00:03 17.11.2021) Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcəkRusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək
BAKI, 31 avqust — Sputnik. Rusiya, Azərbaycan, İran və Qazaxıstan
"Dəniz kuboku" müsabiqəsinin bitməsindən sonra – sentyabrın əvvəlində Xəzər dənizində hərbi-dəniz təlimləri keçirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xəzər donanmasının komandanının müavini, kontr-admiral
Sergey Ekiov bildirib.
"Dəniz kuboku" bitdikdən sonra birgə təlimlər baş tutacaq. Birgə təlimlərdə Rusiya, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər. Bir neçə gün ərzində biz burada Xəzər dənizində birgə addımları məşq edəcəyik".
Qeyd edək ki, avqustun 29-u "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.
Komissiyasının qərarına əsasən hakimlər bu mərhələdə Rusiya komandasını 38 xalla birinci, Qazaxıstan və İran komandalarını 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandasını isə 32 xalla üçüncü yerə layiq görülüblər.
Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.