https://sputnik.az/20210830/Artq-cavablar-verilib-imal-axn-2-layihsini-satmaq-ideyas-bard-427811865.html
"Artıq cavabları verilib": "Şimal axını-2" layihəsini satmaq ideyası barədə
"Artıq cavabları verilib": "Şimal axını-2" layihəsini satmaq ideyası barədə
Sputnik Azərbaycan
KİV-in yazdığına görə, alman məmurlar Avropa İttifaqının (Aİ) təlimatlarından yayınmaq üçün "Qazprom"a "Şimal axını-2"-ni satmağı təklif ediblər. Siyasi elmlər... 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T21:36+0400
2021-08-30T21:36+0400
2021-08-30T18:28+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/42268/89/422688920_0:52:3530:2048_1920x0_80_0_0_09bb94d3af1086778c670b9bc7ea72f7.jpg
BAKI, 30 avqust — Sputnik. "Frankfurter Allgemeine Zeitung" qəzeti alman məmurlarına istinadla yazıb ki, əgər "Qazprom" "Şimal axını-2"-ni başqa bir sertifikasiyalı əməliyyat şirkətinə satarsa, Aİ-nin təbii qazla bağlı təlimatlarından yayına bilər.Avropa qaydaları neft hasilatı ilə məşğul olan şirkətlə infrastruktur operatorlarının ayrı-ayrı qurumlar olmasını tələb edir. Əks halda, hasilat gücünün 50 faizi müstəqil təchizatçıya ayrılmalıdır.Bir qədər əvvəl Düsseldorf Ali Regional Məhkəməsi "Şimal axını-2"-ni qazla bağlı təlimatlardan azad etməkdən imtina edən layihə operatoru "Nord Stream 2 AG"-nin Almaniya tənzimləyicisinin qərarına qarşı apellyasiya şikayətini rədd edib.Əgər şirkət həmin qərara etiraz etməsə, bu, əslində Rusiya holdinqinin qaz kəmərinin gücünün yalnız yarısını istifadə edə biləcəyi mənasına gələcək.Regional Problemlər İnstitutunun elmi rəhbəri, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti, siyasi elmlər namizədi Dmitri Juravlyov Sputnik radiosunun efirində avropalıların "Şimal axını-2"-ni satmaqla bağlı təklifini şərh edib."Təbii qazla bağlı təlimatlar tələb edir ki, neft hasilatı və daşınması bir əldə cəmləşməsin. Odur ki Avropa İttifaqında təklif edirlər: biz sizin qazınıza toxunmuruq, amma həmin o təlimatın yerinə yetirilməsi üçün qoy "Qazprom" özü qaz kəmərini satsın. Onlar neft kəmərlərinə də bir neçə dəfə belə yanaşmaq istəyiblər, ancaq, bağışlayın məni, cavablarını alıblar. Bu, Qərbin tamamilə qeyri-korrekt ideya üzərində qurulmuş fantastik arzusudur. Guya texniki proses şirkətlər arasında bölünərsə, onda rəqabət və işdə effektivlik yaranar", – deyə Dmitri Juravlyov bildirib.Onun sözlərinə görə, "Şimal axını-2" layihəsi ilə bağlı bu ideya işə yaramır."Rəqabət o vaxt baş verir ki, iki şirkət bir istehlakçı uğrunda mübarizə aparır. İstehsalın bir hissəsini digərindən ayırmaqla rəqabət yaratmaq olmaz. İki bir-biri ilə əlaqəli istehsal proqramı rəqabət aparmır, bir-birini tamamlayır. "Şimal axını-2" yalnız Ukraynanın qazpaylayıcı sistemi ilə rəqabət apara bilər. Ancaq onların təlimatlarındakı ideya başqadır: texnoloji prosesin hər mərhələsinin müstəqil olmasını istəyirlər ki, guya nəticədə rəqabət yaranacaq və bu da işin səmərəsini artıracaq. Bu, tamamilə mifdir, ancaq onlar uzun illərdir ki, bu mifi təbliğ edirlər", - deyə Juravlyov fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42268/89/422688920_272:0:3530:2048_1920x0_80_0_0_2863a12abf624b4dc30d68161f4c57c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
"Artıq cavabları verilib": "Şimal axını-2" layihəsini satmaq ideyası barədə
KİV-in yazdığına görə, alman məmurlar Avropa İttifaqının (Aİ) təlimatlarından yayınmaq üçün "Qazprom"a "Şimal axını-2"-ni satmağı təklif ediblər. Siyasi elmlər namizədi Dmitri Juravlyov Sputnik radiosunun efirində bu ideyanı şərh edib.
BAKI, 30 avqust — Sputnik. "Frankfurter Allgemeine Zeitung" qəzeti alman məmurlarına istinadla yazıb ki, əgər "Qazprom" "Şimal axını-2"-ni başqa bir sertifikasiyalı əməliyyat şirkətinə satarsa, Aİ-nin təbii qazla bağlı təlimatlarından yayına bilər.
Avropa qaydaları neft hasilatı ilə məşğul olan şirkətlə infrastruktur operatorlarının ayrı-ayrı qurumlar olmasını tələb edir. Əks halda, hasilat gücünün 50 faizi müstəqil təchizatçıya ayrılmalıdır.
Bir qədər əvvəl Düsseldorf Ali Regional Məhkəməsi "Şimal axını-2"-ni qazla bağlı təlimatlardan azad etməkdən imtina edən layihə operatoru "Nord Stream 2 AG"-nin Almaniya tənzimləyicisinin qərarına qarşı apellyasiya şikayətini rədd edib.
Əgər şirkət həmin qərara etiraz etməsə, bu, əslində Rusiya holdinqinin qaz kəmərinin gücünün yalnız yarısını istifadə edə biləcəyi mənasına gələcək.
Regional Problemlər İnstitutunun elmi rəhbəri, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti, siyasi elmlər namizədi Dmitri Juravlyov
Sputnik radiosunun efirində avropalıların "Şimal axını-2"-ni satmaqla bağlı təklifini şərh edib.
"Təbii qazla bağlı təlimatlar tələb edir ki, neft hasilatı və daşınması bir əldə cəmləşməsin. Odur ki Avropa İttifaqında təklif edirlər: biz sizin qazınıza toxunmuruq, amma həmin o təlimatın yerinə yetirilməsi üçün qoy "Qazprom" özü qaz kəmərini satsın. Onlar neft kəmərlərinə də bir neçə dəfə belə yanaşmaq istəyiblər, ancaq, bağışlayın məni, cavablarını alıblar. Bu, Qərbin tamamilə qeyri-korrekt ideya üzərində qurulmuş fantastik arzusudur. Guya texniki proses şirkətlər arasında bölünərsə, onda rəqabət və işdə effektivlik yaranar", – deyə Dmitri Juravlyov bildirib.
Onun sözlərinə görə, "Şimal axını-2" layihəsi ilə bağlı bu ideya işə yaramır.
"Rəqabət o vaxt baş verir ki, iki şirkət bir istehlakçı uğrunda mübarizə aparır. İstehsalın bir hissəsini digərindən ayırmaqla rəqabət yaratmaq olmaz. İki bir-biri ilə əlaqəli istehsal proqramı rəqabət aparmır, bir-birini tamamlayır. "Şimal axını-2" yalnız Ukraynanın qazpaylayıcı sistemi ilə rəqabət apara bilər. Ancaq onların təlimatlarındakı ideya başqadır: texnoloji prosesin hər mərhələsinin müstəqil olmasını istəyirlər ki, guya nəticədə rəqabət yaranacaq və bu da işin səmərəsini artıracaq. Bu, tamamilə mifdir, ancaq onlar uzun illərdir ki, bu mifi təbliğ edirlər", - deyə Juravlyov fikirlərini yekunlaşdırıb.