https://sputnik.az/20210825/ANAMA-nn-dar-Heytinin-sdri-Maral-rsi-nstitutunun-prezidentini-qbul-edib-427771860.html
ANAMA-nın İdarə Heyətinin sədri Marşal İrsi İnstitutunun prezidentini qəbul edib
ANAMA-nın İdarə Heyətinin sədri Marşal İrsi İnstitutunun prezidentini qəbul edib
Sputnik Azərbaycan
Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T19:54+0400
2021-08-25T19:54+0400
2021-11-17T00:02+0400
xəbərlər
qarabağ
siyasət
cəmiyyət
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427771820_0:122:1200:800_1920x0_80_0_0_71affc1ac62df219e88f946e668af368.jpg
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Suleymanov Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimoru, MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beykeri və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovu qəbul edib.ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı ANAMA və MLI arasında minaaxtaran itlərlə bağlı bügünədək görülən işlərə dair müzakirələr aparılıb və gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. ANAMA-nın idarə heyətinin sədri Vüqar Suleymanov agentliyin qarşısında duran mühüm məsələlər haqqında məlumat verib. 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlar (PHS) ilə yüksək dərəcədə çirklənməsi faktı vurğulanıb. Hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən bu torpaqların ümumi tədqiqatı istiqamətində işlər davam edir.ANAMA-nın idarə heyətinin sədri MLI ilə qarşılıqlı əməkdaşlıq əlaqələrin tarixi haqqında danışıb. 2005-ci ildən bügünədək Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiya keçərək işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına öz töhvəsini verməklə fəxr etdiyini qeyd edib. Perri Baltimor ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Agentliyin xüsusi təlim proqramının və itlərin saxlanma şəraitini yüksək dəyərləndirib. Belə ki, dördayaqlı minaaxtaranlar müsabiqələrdə ilk yerləri qazanırlar. Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-ü gətirilən ilk 10 baş minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.Qeyd edək ki, avqustun 26-da MLI nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor anlaşma memorandumu və müqavilə imzalayacaqlar.Həmçinin oxuyun:Piyada əleyhinə aşkarlanan minaların sayı açıqlandı
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/19/427771820_0:46:1200:800_1920x0_80_0_0_5194b1661914af4c71b98afab8958d96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya, azərbaycan
xəbərlər, dünya, azərbaycan
ANAMA-nın İdarə Heyətinin sədri Marşal İrsi İnstitutunun prezidentini qəbul edib
19:54 25.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiya keçərək işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Suleymanov Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimoru, MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beykeri və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovu qəbul edib.
ANAMA-dan
Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı ANAMA və MLI arasında minaaxtaran itlərlə bağlı bügünədək görülən işlərə dair müzakirələr aparılıb və gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. ANAMA-nın idarə heyətinin sədri Vüqar Suleymanov agentliyin qarşısında duran mühüm məsələlər haqqında məlumat verib. 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlar (PHS) ilə yüksək dərəcədə çirklənməsi faktı vurğulanıb. Hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən bu torpaqların ümumi tədqiqatı istiqamətində işlər davam edir.
ANAMA-nın idarə heyətinin sədri MLI ilə qarşılıqlı əməkdaşlıq əlaqələrin tarixi haqqında danışıb. 2005-ci ildən bügünədək Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiya keçərək işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.
Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına öz töhvəsini verməklə fəxr etdiyini qeyd edib. Perri Baltimor ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Agentliyin xüsusi təlim proqramının və itlərin saxlanma şəraitini yüksək dəyərləndirib. Belə ki, dördayaqlı minaaxtaranlar müsabiqələrdə ilk yerləri qazanırlar. Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-ü gətirilən ilk 10 baş minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, avqustun 26-da MLI nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor anlaşma memorandumu və müqavilə imzalayacaqlar.