https://sputnik.az/20210824/Painyan-Qarabada-ln-ermni-hrbilrin-sayn-aqlad-427764116.html
Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı
Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı
Sputnik Azərbaycan
Ermənistan hökumətinin iclasında çıxışında baş nazir İkinci Qarabağ müharibəsində ölən və itkin düşən hərbçilərin sayını açıqlayıb. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T11:21+0400
2021-08-24T11:21+0400
2021-11-17T00:02+0400
xəbərlər
qarabağ
erməni
erməni hərbçi
müharibə
ölənlər
itkilər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_0:0:3078:1731_1920x0_80_0_0_444db4a761e2924afa0490e5f8de98d1.jpg
BAKI, 24 avqust — Sputnik. Qarabağda 44 günlük müharibə zamanı 3373 erməni əsgəri ölüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclası zamanı bildirib.O, həmçinin qeyd edib ki, 243 hərbçi itkin düşüb.Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Eləcə də oxuyun:Qorbaçov, Xankəndidəki masaj salonları, Eynşteyn və bizim aeroportlarErmənistan üçün qaçılmaz variant: Paşinyanın imza atdığını yerinə yetirməyə borcludurƏliyev: Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyik
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_244:0:2975:2048_1920x0_80_0_0_c793d6bee923e038a58b900047ef9f87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, erməni, erməni hərbçi, müharibə, ölənlər, itkilər, dünya, azərbaycan
xəbərlər, erməni, erməni hərbçi, müharibə, ölənlər, itkilər, dünya, azərbaycan
Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı
11:21 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Ermənistan hökumətinin iclasında çıxışında baş nazir İkinci Qarabağ müharibəsində ölən və itkin düşən hərbçilərin sayını açıqlayıb.
BAKI, 24 avqust — Sputnik. Qarabağda 44 günlük müharibə zamanı 3373 erməni əsgəri ölüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclası zamanı bildirib.
O, həmçinin qeyd edib ki, 243 hərbçi itkin düşüb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Qorbaçov,
Xankəndidəki masaj salonları, Eynşteyn və bizim aeroportlar
Əliyev:
Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyik