QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədə şəhid jurnalistlərimizin adına mükafat təsis edilib

© Sputnik / Kemale AliyevaSirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Budəfəki təqdimetmədə Kəlbəcərdə şəhid olan Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov adına xüsusi mükafat təsis edilib.
BAKI, 23 avqust — Sputnik. Türkiyə Xəbər Operatorları Dərnəyinin 26 ildir ənənəvi olaraq təşkil etdiyi və televiziya jurnalistikasının “Oskarı” kimi qəbul edilən "Beynəlxalq Zoom Xəbər Görüntüləri" müsabiqəsinin qalibləri elan edilib. Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin xüsusi mükafatı Azərbaycana verilib.
Belə ki, budəfəki təqdimetmədə Kəlbəcərdə şəhid olan Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov adına xüsusi mükafat təsis edilib. Bu mükafatlar Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Anar Şuşalıya, operator İlkin Mehtiyevə və Daşqın Abdulayevə verilib.
Xatırladaq ki, M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən M.İbrahimov və S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.
Allah mərhum həmkarlarımıza rəhmət eləsin!
Həmçinin oxuyun:
İtalyan jurnalist yazır: "Gəncə qırğını, unutmaq olmaz"
Xəbər lenti
0