Vladimir Putin: Əfqanıstanda baş verən hadisələrdən, potensial təhdidlərdən narahatıq

© Sputnik / Evgeniy Paulin / Fotobanka keçməkПрезидент РФ В. Путин принял участие во внеочередной сессии Совета коллективной безопасности ОДКБ
Президент РФ В. Путин принял участие во внеочередной сессии Совета коллективной безопасности ОДКБ - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT sammitində Əfqanıstanda vəziyyətlə əlaqədar təşkilata üzv ölkələrin ərazisindən keçməklə qaçqın axınlarının arata biləcəyinə diqqət çəkib.
BAKI, 23 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Əfqanıstanda baş verən hadisələrdən, bu ölkədən qaynaqlanan potensial təhdidlərdən dərin narahatlığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, V.Putin bunu Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonun sədrliyi iləKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin (KTMT) liderləri təşkilatın Şurasının Əfqanıstandakı vəziyyətə həsr olunan növbədənkənar iclasında deyib.
Putinin sözlərinə görə, sözlərinə görə, KTMT -yə üzv ölkələrin ərazisində radikal islamın sızmasının, sosial şəbəkələr və internetdən istifadə olunmaqla da, ölkələrimizin vətəndaşlarının ekstremistlər sırasına cəlb edilməsinin qarşısını alınması vacibdir.
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT sammitində Əfqanıstanda vəziyyətlə əlaqədar təşkilata üzv ölkələrin ərazisindən keçməklə qaçqın axınlarının arata biləcəyinə diqqət çəkib.
“Qaçqın və miqrant problemi. Birinci dalğada onların mümkün sayı ilə bağlı müxtəlif proqnozlar var. Amma Əfqanıstandan olan insanların da məhv edilmiş Suriya, İraq və Liviyadan axınlara qatılacağı tam dəqiqdir. Onlar artıq bu sıraya qoşulub. Qərbə gedəcəklərsə belə, bizim ölkələrin üzərindən gedəcək və uçacaqlar”, - deyə Lukaşenko bildirib.
O, həmçinin KTMT-ya üzv ölkələri Düşənbədə keçiriləcək növbəti sammitə - sentyabrın ortasına qədər Əfqanıstanla bağlı vahid mövqe formalaşdırmağa çağırıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan lideri, KTMT -nin kollektiv təhlükəsizlik sisteminin və əməliyyat tədbirlərinin gücləndirilməsinə yardım məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsini təklif edib. Lukaşenko eyni zamanda Əfqanıstanda humanitar və ərzaq böhranının qarşısının alınmasının vacibliyinə xüsusi diqqət çəkib.
KTMT -yə üzv ölkələrin liderləri sentyabrın 16 -dək bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Əfqanıstandan gələn təhdidlərə birgə cavab tədbirləri hazırlamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Özbəkistan KTMT-ya üzv deyil. Lakin Əfqanıstandakı mövcud vəziyyəti nəzərə alaraq rəsmi Daşkəndin mümkün çağırışlar və təhlükəsizlik təhdidlərinə qarşı cavab vermək baxımından ən yaxın tərəfdaş ölkələr və qonşuları tərəfindən görülən tədbirlər ilə daha yaxından tanış olması lazımdır.
Həmçinin oxuyun:
KTMT oyunu: Ermənistan ümid edir ki, Azərbaycandan hansısa güzəştləri qoparda biləcək
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала