https://sputnik.az/20210818/Qaraba-mnaqisinin-unudulmu-humanitar-problemi-itkin-dm-xslrin-taleyi-427724766.html
Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi
Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi
Sputnik Azərbaycan
Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. I Qarabağ müharibəsi... 18.08.2021, Sputnik Azərbaycan
2021-08-18T14:06+0400
2021-08-18T14:06+0400
2021-11-17T00:01+0400
xəbərlər
qarabağ
cəmiyyət
ermənistan
cinayət
itkin
humanitar
problem
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426330838_0:220:3038:1928_1920x0_80_0_0_c199a9698598737b03a6c3ddfc267b57.jpg
BAKI, 18 avqust — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqovun "Əlcəzirə" kanalının İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzində "Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi" başlıqlı məqaləsi dərc olunub.BMTMT-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, məqalədə İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar" adlı sənədli filmi və filmin qəhrəmanı keçmiş məcburi köçkün Xəqaninin ailə faciəsi giriş kimi təqdim edilərək, bu faciənin 1990-cı illərin əvvəllərində minlərlə insanın başına gəldiyi vurğulanır.Məqalədə göstərilir ki, filmin süjetləri Qərb izləyicilərinə həmin dövrdə baş vermiş Srebrenitsa faciəsini xatırlatsa da, I Qarabağ müharibəsindəki mülki insanların başına gələn faciələr eyni şəkildə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilməyib. Qeyd edilir ki, II Qarabağ müharibəsi daha çox iki nizami ordunun qarşıdurması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etsə də, I Qarabağ müharibəsi mülki insanlara qarşı daha amansız olub."Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. I Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil",- deyə müəllif yazır.Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli Bəyannamənin 8-ci bəndinə əsasən tərəflər əsirlər və həlak olmuş şəxslərin cəsədlərini dəyişdirməlidirlər: "Azərbaycan indiyə qədər 1600-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını qarşı tərəfə təqdim etsə də, Ermənistan hələ də itkin düşən 3890 nəfərin taleyi və ya onların harada dəfn edilməsi haqqında məlumat təqdim etmir".Qeyd edilir ki, Kəlbəcər rayonu işğal edildikdən sonra Başlıbeldə qətlə yetirilmiş mülki şəxslərin aşkar edilmiş kütləvi məzarlığı Ermənistanın I Qarabağ müharibəsi zamanı törətdiyi cinayətin miqyasını göstərir.Eləcə də oxuyun:Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbiBaşlıbeldəki faciənin izi ilə: Sübutları bütün dünya görəcəkAzad olunan ərazilərdə məzar yerləri aşkarlayanların nəzərinə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426330838_0:0:2700:2025_1920x0_80_0_0_0d74f20daa656915ea80dfc638ca5c63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ermənistan, cinayət, itkin, humanitar, problem, azərbaycan
xəbərlər, ermənistan, cinayət, itkin, humanitar, problem, azərbaycan
Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi
14:06 18.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. I Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil.
BAKI, 18 avqust — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri
Fuad Çıraqovun "Əlcəzirə" kanalının İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzində "Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi" başlıqlı
məqaləsi dərc olunub.
BMTMT-dan
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, məqalədə İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar" adlı sənədli filmi və filmin qəhrəmanı keçmiş məcburi köçkün Xəqaninin ailə faciəsi giriş kimi təqdim edilərək, bu faciənin 1990-cı illərin əvvəllərində minlərlə insanın başına gəldiyi vurğulanır.
Məqalədə göstərilir ki, filmin süjetləri Qərb izləyicilərinə həmin dövrdə baş vermiş Srebrenitsa faciəsini xatırlatsa da, I Qarabağ müharibəsindəki mülki insanların başına gələn faciələr eyni şəkildə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilməyib. Qeyd edilir ki, II Qarabağ müharibəsi daha çox iki nizami ordunun qarşıdurması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etsə də, I Qarabağ müharibəsi mülki insanlara qarşı daha amansız olub.
"Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. I Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil",- deyə müəllif yazır.
Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli Bəyannamənin 8-ci bəndinə əsasən tərəflər əsirlər və həlak olmuş şəxslərin cəsədlərini dəyişdirməlidirlər: "Azərbaycan indiyə qədər 1600-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını qarşı tərəfə təqdim etsə də, Ermənistan hələ də itkin düşən 3890 nəfərin taleyi və ya onların harada dəfn edilməsi haqqında məlumat təqdim etmir".
Qeyd edilir ki, Kəlbəcər rayonu işğal edildikdən sonra Başlıbeldə qətlə yetirilmiş mülki şəxslərin aşkar edilmiş kütləvi məzarlığı Ermənistanın I Qarabağ müharibəsi zamanı törətdiyi cinayətin miqyasını göstərir.
Başlıbeldəki faciənin izi ilə: Sübutları bütün dünya görəcək