Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novorossiyskdə neftlə çirklənmə bəyan olunandan 400 min dəfə çoxdur

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidРазлив нефти в Новгородской области
Разлив нефти в Новгородской области - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Bunu avqustun 8-də Sentinel-1 peykindən aparılmış və Rusiya Elmlər Aakademiyasının Okeanologiya və Kosmik Tədqiqatlar institutlarının əməkdaşları tərəfindən araşdırılan radiolokasiya çəkilişi təsdiqləyib.
 
BAKI, 11 avqust — Sputnik. Novorossiysk yaxınlığında neft məhsulları ilə çirklənmə nəticəsində əmələ gələn ləkə Xəzər Boru Kəməri Konsorsiumunun mətbuat xidmətindən verilən məlumatda iddia edildiyi kimi, 200 kvadratmetr deyil, 80 kvadratkilometrdir. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb. Xəbərdə bildirilir ki, bu qənaətə peyk çəkilişlərinin rusiyalı alimlər tərəfindən analiz edilməsindən sonra gəlinib.
"Yayılma bəyan olunandan əhəmiyyətli dərəcədə çoxdur, belə ki, neftlə çirklənmiş sahə radiolokasiya çəkilişləri vaxtı təxminən 80 kvadratkilometr təşkil edib. Neft ləkəsi avqustun 8-də sahildən açıq dənizə tərəf 19 kilometrlik məsafədə uzanıb", – deyə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun saytında bildirilir.
Bunu avqustun 8-də Sentinel-1 peykindən aparılmış və Rusiya EA-nın Okeanologiya və Kosmik Tədqiqatlar institutlarının əməkdaşları tərəfindən araşdırılan radiolokasiya çəkilişi təsdiqləyib.
Ərazinin neftlə çirklənməsi avqustun 7-si, axşam saatlarında Xəzər Boru Kəməri Konsorsiumuna məxsus uzaqdan yükləmə qurğusundan Yunanıstanın "Minerva Symphony" tankerinə neft yüklənərkən baş verib. Konsorsiumun mətbuat xidmətindən bildirilib ki, suya düşmüş neft 200 kvadratmetr sahəyə yayılıb.
Rusiya Elmlər Akademiyasının məlumatında o da qeyd olunur ki, alimlər peyk və meteoroloji məlumatların analizini davam etdirirlər.
Eləcə də oxuyun:
Almaniyada daşqınlar səbəbi ilə neft sızıntısı baş verib
Su qıtlığı problemi qapımızı döyərkən - Sular tullantılardan necə təmizlənir?
Azərbaycanda neftlə çirklənmiş ərazilərin sahəsi açıqlandı
Xəbər lenti
0