https://sputnik.az/20210806/Zefer-yolu-bu-ilin-payizinda-istifadeye-verilecek-427636364.html
"Zəfər yolu" bu ilin payızında istifadəyə veriləcək
"Zəfər yolu" bu ilin payızında istifadəyə veriləcək
Sputnik Azərbaycan
Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Şuşa şəhərinə çatır... 06.08.2021, Sputnik Azərbaycan
2021-08-06T12:40+0400
2021-08-06T12:40+0400
2021-11-17T00:00+0400
xəbərlər
qarabağ
cəmiyyət
iqtisadiyyat
yol
daşaltı kəndi
şuşa
füzuli rayonu
kilometr
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425998618_0:0:1911:1080_1920x0_80_0_0_16e44ea6695f68b745a820dd6d6f874f.jpg
BAKI, 6 avqust — Sputnik. "Zəfər yolu"nun 2021-ci ilin sentyabrın axırı-oktrabr ayının əvvəli istifadəyə verilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.Onun sözlərinə görə, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.H.Rüstəmov onu da əlavə edib ki, Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və "Zəfər Yolu" ilə müqayisədə 20.3 km qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılmasınəzərdə tutulub.Həmçinin oxuyun:Zəfər yolunun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur
daşaltı kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425998618_63:0:1781:1080_1920x0_80_0_0_e777dd252911814d93844b1cf207b493.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, yol, daşaltı kəndi, şuşa, füzuli rayonu, kilometr, azərbaycan
xəbərlər, yol, daşaltı kəndi, şuşa, füzuli rayonu, kilometr, azərbaycan
"Zəfər yolu" bu ilin payızında istifadəyə veriləcək
12:40 06.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.
BAKI, 6 avqust — Sputnik. "Zəfər yolu"nun 2021-ci ilin sentyabrın axırı-oktrabr ayının əvvəli istifadəyə verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.
H.Rüstəmov onu da əlavə edib ki, Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və "Zəfər Yolu" ilə müqayisədə 20.3 km qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılmasınəzərdə tutulub.
Zəfər yolunun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur