https://sputnik.az/20210805/Rusiya-AB-n-neft-bazarlarn-nec-zbt-eldi-427632705.html
Rusiya ABŞ-ın neft bazarlarını necə zəbt elədi
Rusiya ABŞ-ın neft bazarlarını necə zəbt elədi
Sputnik Azərbaycan
Dünyanın gözü Tokioda, olimpiyaçılar yarışda olan bir vaxtda Rusiya Sakit okeanın o tayında ətraf aləmin diqqətindən yayınaraq gözlənilmədən neft satışlarında... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T22:20+0400
2021-08-05T22:20+0400
2021-08-05T22:08+0400
rusiya
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427391617_0:214:2881:1834_1920x0_80_0_0_9ebe7f9f24f73191efd94fddd9d767db.jpg
Beynəlxalq Energetika Agentliyi (BEA) ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, cari ilin may ayının nəticələrinə görə, Rusiya Meksikanı geridə qoyaraq ABŞ-a neft tədarük edən ölkələr arasında ikinci yerə çıxıb. Bu işdə o, yalnız Kanadadan geri qalıb.Dərc olunmuş məlumatlardan aydın olur ki, hesabat dövrü ərzində satınalmaların həcmi birdən-birə on faiz artaraq sutkada 840 min barelə çatıb. Düzdür, Rusiya əsas tədarükçü olan Kanadadan bu sahədə xeyli geridədir. Bu ölkədən ABŞ-a boru kəmərləri vasitəsilə sutkada təxminən dörd milyon barel neft daxil olur. Maraqlı bir fakt da var: Rusiya neft məhsullarının ixracında “gümüş medalı” ilə təkcə ABŞ-ın digər qonşusu olan Meksikanı keçməyib: may ayında amerikalıların ruslardan aldığı neftin həcmi Səudiyyə Ərəbistanından tankerlə göndərilən “qara qızılın” həcmini də keçib.Amerika NEZ-ləri üçün Rusiya nefti vacibdirBaş verənləri tam dərk etmək üçün xırda bir dəqiqləşdirməyə ehtiyac var. Rusiya ştatlara heç də aşağı keyfiyyətli xammal göndərmir, hesabatlarda idxal edilən məhsulun adı “crude and fuel oils” kimi göstərilir, bu isə xam neft və yanacaq mazutu deməkdir.Əsas alıcılar da məlumdur. Satınalmalarda Amerikanın “Valero” neft şirkətinin (mənzil-qərargahı San-Antonioda yerləşir) payı daha çox olub: o, 8.5 milyon barel xammal alıb, gömrük qeydiyyatından dərhal sonra isə məhsul Texas, Luiziana və Kaliforniya ştatlarındakı neft emal edən müəssisələrə göndərib. Alıcı siyahısında ExxonMobile və Chevron kimi transmilli nəhənglərin də adı var. Birincisi üç milyon yarım, ikincisi isə üç milyon barel alıb. Tam bir təsadüf olsa da, bu iki şirkətin ABŞ ərazisindəki NEZ-ləri Meksika körfəzinin sahili boyu, Texasdan Floridayadək yerləşib.Amerika KİV-i bu vəziyyətdən xeyli narazıdır və demokratiyanın dayağının guya “Amerikanın Colonial Pipeline boru kəmərinə haker hücumu təşkil edən və tezliklə ABŞ-ın istəyinə rəğmən “Şimal axını-2”ni tikib başa çatdıracaq ölkədən resurs almasına görə Co Baydeni qınayırlar. Hökuməti ittiham etmək asan və xoşagələn məşğuliyyətdir, biz isə Amerika prezidentini yalnız ona görə müdafiə edirik ki, ölkə başçısı kimi onun sadəcə başqa yolu yoxdur.Öz sanksiyaları ABŞ-ı Rusiya ilə əməkdaşlığa vadar edirBirləşmiş Ştatlar elə bizim gözümüzün önündəcə özünün xarici siyasətinin qurbanı olub. Hələ 2015-ci ilin martında Barak Obama Venesuelanı rəsmi olaraq “ABŞ-ın milli təhlükəsizliyinə təhdid” adlandırmışdı, onun xələfi Tramp isə 2018-2019-cu illərdə Karakasa qarşı xeyli məhdudiyyət tətbiq etdi. Bu tədbirlər hüquqi və fiziki şəxslərə Venesuela hökumətinin birbaşa özünün buraxdığı və yaxud da həvalə etdiyi elektron valyuta ilə istənilən tranzaksiya aparmağı qadağan edirdi. Ayrıca Venesuela qızılı və dövlət neft şirkəti PDVSA ilə əməliyyatlar da yasaqlanmışdı.Burada, necə deyərlər, prezidentin kağızında hər şey qaydasındaydı, ancaq bazarın enişi-yoxuşu unudulmuşdu.Xeyli itkilərlə üzləşən Karakas tədarükünü Çinə yönləndirdi, gündəlik tədarükdən “itən” 500 min barel Venesuela nefti isə ABŞ-ın cənubunda neft emalı zavodlarında böhrana səbəb oldu.Neftin qiyməti o vaxt cəmi iki ay ərzində beşillik rekordu vursa da, xammal fiziki defisiti problemini heç cür həll etmədi.Ona görə ki, elə həmin 2018-ci ilin yayında Trampın Amerikası İranla nüvə razılaşmasından imtina elədi, üstəlik, farsların neft sahəsində də sanksiyalar tətbiq elədi. İranın neft ixracı çökdü – sutkada milyon yarımdan beş yüz min barelədək azaldı. Vaşinqton siyasi qələbəsini qeyd edirdi, ABŞ-ın cənubunda isə neft şirkətləri yeganə əlçatan neftin – Rusiya və Səudiyyə Ərəbistanının xammalının hər tankeri üstündə mübarizə aparırdılar.İş burasındadır ki, Rusiya, Venesuela və İran nefti ümumi keyfiyyətlərə malikdir. Hər üç ölkədə yüksək kükürd tərkibli “ağır” neft hasil olunur. Rusiya bazara “Urals”, Venesuela “Santa Barbara” və “Tia Juana”, İran isə “Iran Heavy” və “Foroozan Blend” neft sortlarını çıxarır. Adıçəkilən markaların kimyəvi tərkibi və kükürdün miqdarı 1.3-2.3 faiz həddindədir. 1980-ci illərin neft bumu vaxtı cənub ştatlarındakı neft emalı müəssisələri məhz bu tip xammal əsasında tikilmişdi. Heç kimin ağlına da gəlmirdi ki, on illər boyu Amerikanın krekinq və riforminq qurğularına çay kimi axan Venesuela nefti bir gün yoxa çıxa bilər.Co Baydenin komandasının isə sadəcə “kiberhücumlara” və Almaniyaya qaz xəttinin çəkilməsi inadına göz yumaraq ilkin və ikincili xammalı Rusiyadan almaqdan başqa ayrı çarəsi yoxdur.Amerika Rusiyanın neft emalını maliyyələşdirəcəkGeniş Rusiya ictimaiyyətinin başa düşülən istehzasının pərdəarxasından daha bir fakt boy verir. Dünya iqtisadiyyatı qoruyucu maskaları, əlcəkləri çıxarıb və var gücü ilə itirdiyi mövqeləri, satış və gəlir həcmlərini artırmağa çalışır. Son məlumatlara görə, ilin birinci yarısında neftin orta qiyməti çəllək üçün 64 dollar olub, bu isə bir il əvvəlki qiymətdən 10 faiz bahadır. Ənənəvi olaraq alternativ mənbələrə stavka edən və yeni neft kəmərinin tikilməsinə görə Kanadadan küsən demokrat Baydenin idarəsi altında Amerika bu minvalla daxili və xarici siyasətdə öz hərəkətlərinin hesabını ödəyir.Rusiyanın yanacaq mazutunun idxalı xüsusi müzakirə tələb edir. İlkin neft kimi, bu yanacaq növü də tərkibindəki kükürdün yüksək faizinə görə elə də qiymətləndirilmir. Mazutun əsas istehlakçısı dəniz ticarət donanmasıdır, ancaq 2009-cu ildə Rusiya Dənizin qorunması barədə beynəlxalq Konvensiyaya qoşulub (bunker yanacağı ilə çirklənmə). Digər üzvlər kimi o da mazutla işləyən gəmilərin sayını azaltmağa və tədricən ekoloji cəhətdən daha təmiz (məsələn, maye qaz) yanacağına keçməyə öhdəlik götürüb. Əlbəttə, keçid prosesi ləngdir və on illər boyu uzana bilər, ancaq “çirkli” rus mazutunun satışı xeyli çətinləşib.Yeni sərtləşdirilmiş qaydalara görə, bunker yanacağının tərkibində mümkün ziyanlı qatışığın miqdarı minimal olmalıdır, bu isə yalnız əlavə emal və təmizlənmədən sonra mümkündür. Rusiyada müvafiq sənaye qurğuları elə də çox deyil, bahadır, NEZ-lərin yenidən təminatı da sürətlə aparılmır.Ancaq xəritənin o biri başında Birləşmiş Ştatlar durur, onun da öz müəssisələri üçün xammala ehtiyacı böyükdür. Elə həddədir ki, o, nəinki inadcıl ruslara pul ödəməyə, eləcə də Rusiyanın neft hasil edən müəssisələrinin texniki cəhətdən yenilənməsinə dolayı yolla sponsorluq eləməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427391617_74:0:2805:2048_1920x0_80_0_0_975a94c7817de6127c99827e5fbf814b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
Rusiya ABŞ-ın neft bazarlarını necə zəbt elədi
Dünyanın gözü Tokioda, olimpiyaçılar yarışda olan bir vaxtda Rusiya Sakit okeanın o tayında ətraf aləmin diqqətindən yayınaraq gözlənilmədən neft satışlarında ikinci pilləni tutub. Rusiyanın ABŞ-dakı partnyorlarını necə qabaqladığı haqda – RİA Novosti-nin məqaləsində.
Beynəlxalq Energetika Agentliyi (BEA) ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, cari ilin may ayının nəticələrinə görə, Rusiya Meksikanı geridə qoyaraq ABŞ-a neft tədarük edən ölkələr arasında ikinci yerə çıxıb. Bu işdə o, yalnız Kanadadan geri qalıb.
Dərc olunmuş məlumatlardan aydın olur ki, hesabat dövrü ərzində satınalmaların həcmi birdən-birə on faiz artaraq sutkada 840 min barelə çatıb. Düzdür, Rusiya əsas tədarükçü olan Kanadadan bu sahədə xeyli geridədir. Bu ölkədən ABŞ-a boru kəmərləri vasitəsilə sutkada təxminən dörd milyon barel neft daxil olur. Maraqlı bir fakt da var: Rusiya neft məhsullarının ixracında “gümüş medalı” ilə təkcə ABŞ-ın digər qonşusu olan Meksikanı keçməyib: may ayında amerikalıların ruslardan aldığı neftin həcmi Səudiyyə Ərəbistanından tankerlə göndərilən “qara qızılın” həcmini də keçib.
Amerika NEZ-ləri üçün Rusiya nefti vacibdir
Baş verənləri tam dərk etmək üçün xırda bir dəqiqləşdirməyə ehtiyac var. Rusiya ştatlara heç də aşağı keyfiyyətli xammal göndərmir, hesabatlarda idxal edilən məhsulun adı “crude and fuel oils” kimi göstərilir, bu isə xam neft və yanacaq mazutu deməkdir.
Əsas alıcılar da məlumdur. Satınalmalarda Amerikanın “Valero” neft şirkətinin (mənzil-qərargahı San-Antonioda yerləşir) payı daha çox olub: o, 8.5 milyon barel xammal alıb, gömrük qeydiyyatından dərhal sonra isə məhsul Texas, Luiziana və Kaliforniya ştatlarındakı neft emal edən müəssisələrə göndərib. Alıcı siyahısında ExxonMobile və Chevron kimi transmilli nəhənglərin də adı var. Birincisi üç milyon yarım, ikincisi isə üç milyon barel alıb. Tam bir təsadüf olsa da, bu iki şirkətin ABŞ ərazisindəki NEZ-ləri Meksika körfəzinin sahili boyu, Texasdan Floridayadək yerləşib.
Amerika KİV-i bu vəziyyətdən xeyli narazıdır və demokratiyanın dayağının guya “Amerikanın Colonial Pipeline boru kəmərinə haker hücumu təşkil edən və tezliklə ABŞ-ın istəyinə rəğmən “Şimal axını-2”ni tikib başa çatdıracaq ölkədən resurs almasına görə Co Baydeni qınayırlar. Hökuməti ittiham etmək asan və xoşagələn məşğuliyyətdir, biz isə Amerika prezidentini yalnız ona görə müdafiə edirik ki, ölkə başçısı kimi onun sadəcə başqa yolu yoxdur.
Öz sanksiyaları ABŞ-ı Rusiya ilə əməkdaşlığa vadar edir
Birləşmiş Ştatlar elə bizim gözümüzün önündəcə özünün xarici siyasətinin qurbanı olub. Hələ 2015-ci ilin martında Barak Obama Venesuelanı rəsmi olaraq “ABŞ-ın milli təhlükəsizliyinə təhdid” adlandırmışdı, onun xələfi Tramp isə 2018-2019-cu illərdə Karakasa qarşı xeyli məhdudiyyət tətbiq etdi. Bu tədbirlər hüquqi və fiziki şəxslərə Venesuela hökumətinin birbaşa özünün buraxdığı və yaxud da həvalə etdiyi elektron valyuta ilə istənilən tranzaksiya aparmağı qadağan edirdi. Ayrıca Venesuela qızılı və dövlət neft şirkəti PDVSA ilə əməliyyatlar da yasaqlanmışdı.
Burada, necə deyərlər, prezidentin kağızında hər şey qaydasındaydı, ancaq bazarın enişi-yoxuşu unudulmuşdu.
Xeyli itkilərlə üzləşən Karakas tədarükünü Çinə yönləndirdi, gündəlik tədarükdən “itən” 500 min barel Venesuela nefti isə ABŞ-ın cənubunda neft emalı zavodlarında böhrana səbəb oldu.
Neftin qiyməti o vaxt cəmi iki ay ərzində beşillik rekordu vursa da, xammal fiziki defisiti problemini heç cür həll etmədi.
Ona görə ki, elə həmin 2018-ci ilin yayında Trampın Amerikası İranla nüvə razılaşmasından imtina elədi, üstəlik, farsların neft sahəsində də sanksiyalar tətbiq elədi. İranın neft ixracı çökdü – sutkada milyon yarımdan beş yüz min barelədək azaldı. Vaşinqton siyasi qələbəsini qeyd edirdi, ABŞ-ın cənubunda isə neft şirkətləri yeganə əlçatan neftin – Rusiya və Səudiyyə Ərəbistanının xammalının hər tankeri üstündə mübarizə aparırdılar.
İş burasındadır ki, Rusiya, Venesuela və İran nefti ümumi keyfiyyətlərə malikdir. Hər üç ölkədə yüksək kükürd tərkibli “ağır” neft hasil olunur. Rusiya bazara “Urals”, Venesuela “Santa Barbara” və “Tia Juana”, İran isə “Iran Heavy” və “Foroozan Blend” neft sortlarını çıxarır. Adıçəkilən markaların kimyəvi tərkibi və kükürdün miqdarı 1.3-2.3 faiz həddindədir. 1980-ci illərin neft bumu vaxtı cənub ştatlarındakı neft emalı müəssisələri məhz bu tip xammal əsasında tikilmişdi. Heç kimin ağlına da gəlmirdi ki, on illər boyu Amerikanın krekinq və riforminq qurğularına çay kimi axan Venesuela nefti bir gün yoxa çıxa bilər.
Co Baydenin komandasının isə sadəcə “kiberhücumlara” və Almaniyaya qaz xəttinin çəkilməsi inadına göz yumaraq ilkin və ikincili xammalı Rusiyadan almaqdan başqa ayrı çarəsi yoxdur.
Amerika Rusiyanın neft emalını maliyyələşdirəcək
Geniş Rusiya ictimaiyyətinin başa düşülən istehzasının pərdəarxasından daha bir fakt boy verir. Dünya iqtisadiyyatı qoruyucu maskaları, əlcəkləri çıxarıb və var gücü ilə itirdiyi mövqeləri, satış və gəlir həcmlərini artırmağa çalışır. Son məlumatlara görə, ilin birinci yarısında neftin orta qiyməti çəllək üçün 64 dollar olub, bu isə bir il əvvəlki qiymətdən 10 faiz bahadır. Ənənəvi olaraq alternativ mənbələrə stavka edən və yeni neft kəmərinin tikilməsinə görə Kanadadan küsən demokrat Baydenin idarəsi altında Amerika bu minvalla daxili və xarici siyasətdə öz hərəkətlərinin hesabını ödəyir.
Rusiyanın yanacaq mazutunun idxalı xüsusi müzakirə tələb edir. İlkin neft kimi, bu yanacaq növü də tərkibindəki kükürdün yüksək faizinə görə elə də qiymətləndirilmir. Mazutun əsas istehlakçısı dəniz ticarət donanmasıdır, ancaq 2009-cu ildə Rusiya Dənizin qorunması barədə beynəlxalq Konvensiyaya qoşulub (bunker yanacağı ilə çirklənmə). Digər üzvlər kimi o da mazutla işləyən gəmilərin sayını azaltmağa və tədricən ekoloji cəhətdən daha təmiz (məsələn, maye qaz) yanacağına keçməyə öhdəlik götürüb. Əlbəttə, keçid prosesi ləngdir və on illər boyu uzana bilər, ancaq “çirkli” rus mazutunun satışı xeyli çətinləşib.
Yeni sərtləşdirilmiş qaydalara görə, bunker yanacağının tərkibində mümkün ziyanlı qatışığın miqdarı minimal olmalıdır, bu isə yalnız əlavə emal və təmizlənmədən sonra mümkündür. Rusiyada müvafiq sənaye qurğuları elə də çox deyil, bahadır, NEZ-lərin yenidən təminatı da sürətlə aparılmır.
Ancaq xəritənin o biri başında Birləşmiş Ştatlar durur, onun da öz müəssisələri üçün xammala ehtiyacı böyükdür. Elə həddədir ki, o, nəinki inadcıl ruslara pul ödəməyə, eləcə də Rusiyanın neft hasil edən müəssisələrinin texniki cəhətdən yenilənməsinə dolayı yolla sponsorluq eləməyə hazırdır.