QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentdən Kəlbəcərlə əlaqədar yeni sərəncam

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев, фото из архива
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.

BAKI, 28 iyul - Sputnik. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Kəlbəcər haqqında

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyannaməyə əsasən, həmin il dekabrın 25-də erməni işğalından azad olunub.

Həmçinin oxuyun:

Ermənistanı sivil qaydada dövlət sərhədinin delimitasiyası danışıqlarına çağırırıq - MN

Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

Xəbər lenti
0