Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həmvətənlərin keşiyində: xaricdə rusiyalıların hüquqlarını kim qoruyur

© Depositphotos.com / Elnur AmikishiyevЮрист обсуждает с клиентом судебное дело
Юрист обсуждает с клиентом судебное дело - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Bu il Rusiyanın Xaricdə yaşayan həmvətənlərin dəstəyi və müdafiə fondunun on yaşı tamam oldu. Bu günlərdə Fondun 10 illik fəaliyyətinin yekunlarına  həsr olunmuş videokonfrans keçirilib.

Təşkilat - insan haqları çərçivəsində beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və normalarına uyğun olaraq rusiyalıların hüquq, azadlıq və qanuni mənafelərinin pozulması hallarında onlara hərtərəfli dəstək göstərir. 2011-ci ildən bəri Fondun dəstəyi ilə 35 dövlətdə 760-dan çox layihəni gerçəkləşdirmək mümkün olub.

Rusiya Federasiyası İctimai Palatasında bu günlərdə Fondun 10 illik fəaliyyətinin yekunlarına  həsr olunmuş videokonfrans keçirilib. Ətraflı məlumat - Sputnik-in materialında.

Nəticələrin rəqəmlərlə ifadəsi

Hazırda Fondun dəstəyi ilə iyirmidən çox ölkədə hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzin mütəxəssisləri həmvətənlərinin hüquqlarının pozulması ilə bağlı hüquqi mübahisələri məhkəmədən öncə pulsuz araşdırırlar. Mərkəzlərin hüquqşünasları hər il on mindən çox pulsuz məsləhət verirlər. 10 il ərzində rusiyalılarının 85 mindən çox fərdi və qrup halında müraciətlərilə bağlı hüquqi yardımlar göstərilib.

"Xarici İşlər Nazirliyi Fondu unikal hüquq müdafiəsi mexanizmi kimi nəzərdən keçirir. Biz Fondun hüquq müdafiəsində beynəlxalq fəaliyyətini artırmasının tərəfdarıyıq. Xaricdə belə bir fəaliyyətin gerçəkləşdirilməsinə ehtiyac olmadığı təqdirdə ancaq sevinərdik. Ancaq rusiyalılara, Rusiya Federasiyasının vətəndaşlarına qarşı ayrı-seçkilik və əsassız siyasiləşdirilmiş ittiham kampaniyaları daha hiyləgər üsullarla davam etdiriləcək və bununla mübarizə aparılmalıdır”, - deyə Rusiya XİN-in xaricdəki həmvətənlərlə iş Departamentinin direktor müavini Vladimir Andreyev videokonfransda bildirib.

Media layihələri və mikroqrantlar

Fond rusdilli yazılı və elektron KİV-də xüsusi qanun əlavələri və rubrikalarının yaradılmasını dəstəkləyir. Bu cür rubrikalarda vəkillər həmvətənlərinə məsləhətlər verirlər. Bundan əlavə, soydaşların maraqlarına toxunan qanunların müəyyən müddəaları rus dilinə tərcümə olunur. 2012-ci ildən bəri Fond 25 ölkədə 90-dan çox məlumat və media layihəsi təşkil edib.

Tezliklə həmvətənlərin “Rossotrudniçestvo”dan 300-1000 dollar arasında mikroqrant almaq imkanı da olacaq.

""Rossotrudniçestvo"da müxtəlif ictimai təşkilatların, federal icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu İctimai Şura yaradılıb. Dünən İctimai Şuranın iclası keçirildi və müəyyən bir maliyyə fondunun təşkil edilməsinə qərar verildi. Bu fond mikroqrantların verilməsilə məşğul olacaq, o cümlədən müxtəlif mədəni tədbirlər üçün soydaşlarımıza pul ayrılacaq", - “Rossotrudniçestvo” rəhbərinin müavini Aleksey Polkovnikov bildirib.

BMT və ATƏT-dəki soydaşların səsi

Fondun nümayəndələri BMT İnsan Haqları Şurası və Avropa Parlamenti xətti ilə keçirilən tədbirlər də daxil olmaqla müxtəlif beynəlxalq forumlarda mütəmadi iştirak edir və hüquq müdafiəsi mövzusunda beynəlxalq konfransların, dəyirmi masaların və seminarların həmtəşkilatçısı kimi çıxış edirlər.

"Əgər beynəlxalq təşkilatların platformalarında gedən müzakirələrə nəzər yetirsək, demək olar ki, heç bir əhəmiyyətli tədbir hüquq müdafiəsi problematikası olmadan ötüşmür. Və bu müzakirələr kəskin, daha çox konfrontasiya və siyasi xarakter daşıyır”, - Rusiya XİN-in insan hüquqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Qriqori Lukyantsev qeyd edib.

Lukyantsevin sözlərinə görə, beynəlxalq aləmdə tənqidi və konfrontasiya yanaşmasından, ilk növbədə, insan haqlarının qorunması sahəsində beynəlxalq normalara riayət olunmasında özlərini ideal kimi qələmə verən dövlətlər çıxış edirlər, ancaq onlar “öz ölkələrində adıçəkilən mövzuda mövcud olan çatışmazlıqları qətiyyən qəbul etmirlər”.

"Son illərdə xaricdəki soydaşlarımızın hüquqlarının pozulması halları artmaqdadır. Bu, həm siyasi motivli izləmə, həm rusiyalıların xaricdə saxlanılması, həm də  Rusiya KİV-lərini təmsil edən jurnalistlərin fəaliyyətinə maneədir. Xüsusilə Ukraynadakı vəziyyəti göstərmək olar: RF ilə əlaqələrin davam etdirilməsini, rus dilini və rus ədəbiyyatını dəstəkləməyi təşviq edən fəallara qarşı millətçilər aşkar aqressiya nümayiş etdirirlər. Bu problem Baltikyanı ölkələr üçün də xarakterikdir ", - Lukyantsev qeyd edib.

"Fonda həmvətənlərimizin səsinin beynəlxalq hüquq müdafiəsi forumlarında – həm BMT İnsan Hüquqları Şurası, həm də ATƏT-in humanitar tədbirləri çərçivəsində - daha aydın səslənməsinə kömək edən fəaliyyətlərinə görə minnətdarıq”, - Rusiya XİN nümayəndəsi yekunlaşdırıb.

Xəbər lenti
0