Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Borelin Əfqanıstanla bağlı fikirlərinə münasibət bildirdi

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива
Официальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Zaxarova deyib ki, əvvəlcə problem yaradılır, sonra cavadehlər axtarılır və kollektiv səylərə müraciət olunur.

BAKI, 16 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin Əfqanistanda vəziyyət dair və bu ölkədə baş verənlərə görə "ümumi məsuliyyət" barədə fikirlərinə münasibət bildirib.

Daha əvvəl Borell "Mərkəzi və Cənubi Asiya: Regional bağlantı. Çağırışlar və imlanlar" beynəlxalq konfransında çıxış edərkən bildirib ki, Avropa İttifaqı Əfqanıstanda münaqişənin inklüziv proses vasitəsilə siyasi həllini qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, "Taliban" hərəkatının yaraqlılarının hərbi qələbəsi bütün regionun izolyasiyası ilə nəticələnəcək. Borell vurğulayıb ki, gələcəkdə Əfqanıstan və Avropa İttifaqı arasında əməkdaşlıq bu ölkədə son onilliklərdə baş verən demokratik nailiyyətlər əsasında qurulacaq.

"Bilirsiniz o nə dedi? Cəsarətini topladı, hamıya baxdı (və onlar ilk növbədə uzun illərdir kollektiv Qərbin qeyri-peşəkarlığının nəticələrinin zərbəsini alan Əfqanıstanın qonşularıdır) və dedi ki, Əfqanıstanda vəziyyət – ümumi məsuliyyətdir! Ən yaxşı ənənələr belədir: əvvəlcə problem yaradılır, sonra cavadehlər axtarılır və kollektiv səylərə müraciət olunur. Bu, İraqda, Liviyada da belə olub, indi də Əfqanıstanda belədir", - deyə Zaxarova bildirib.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

 

Xəbər lenti
0