BAKI, 16 iyul – Sputnik. Rusiya Prezidenti Vladimir Putin deyib ki, pandemiya şəraitində Asiya-Sakit okeanı bölgəsi ölkələrində rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsi pandemiya şəraitində daha da aktuallaşıb.
“Pandemiya şəraitində Asiya-Sakit okeanı bölgəsi dövlətlərinin rəqəmsallaşma sahəsindəki qarşılıqlı fəaliyyətinin dərinləşməsi daha da aktuallıq kəsb edir”, - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ASOİƏ, APEC) liderlərinin videokonfrans formatında keçirilən qeyri-formal görüşündə Putin söyləyib.
Rusiya lideri qeyd edib ki, Rusiya “rəqəmsal gündəmlə bağlı əməkdaşlığa daha geniş rakursdan baxmağı” təklif edir.
Pandemiyanın nəticələri
Ümumilikdə, Rusiya prezidentinin sözlərinə görə, RF-də koronavirus pandemiyasının yaratdığı çətinliklər artıq keçilib və iqtisadiyyat bərpa olunub.
“Demək olar ki, ümumilikdə pandemiyanın nəticələrinə qalib gəlmişik və ümumi iqtisadiyyatımız bərpa olunub”, - Putin deyib.
V.Putin qeyd edib ki, iqtisadiyyat və sosial sahənin bərpası vaksinasiya tempindən asılıdır.
“Qlobal iqtisadiyyatın bərpası, yoluxmaların yeni dalğaları ilə bağlı risklərin azaldılması, sosial sahədə neqativ meyllərə qalib gəlmək dünya miqyasında vaksinasiyadan asılıdır”, - Putin deyib.
O vurğulayıb ki, pandemiya ASOİƏ iştirakçılarının istisnasız olaraq hamısına ciddi zərbə vurub.
Rusiyanın COVID-19-la mübarizəsi
Dünyada epidemioloji situasiya mürəkkəb olaraq qalır, yeni çağırışlar da mümkündür, Vladimir Putin hesab edir.
“Heç bir ölkə koronavirusun yeni alovlanmasından, onun yeni, daha ciddi ştammlarının yayılmasından sığortalanmayıb, testlərə, vaksinlərə, dərmanlara və müdafiə vasitələrinə əlçatanlıq problemi, onların ədalətli bölüşdürülməsi məsələsi həll olunmayıb”, - o deyib.
Prezident Rusiyada COVID-19-la mübarizədə uğurlar barədə də danışıb.
Ümumilikdə pandemiyanın nəticələrini dəf etdiklərini bildirən V.Putin əlavə edib ki, Moskva antiböhran həlləri ilə bölüşməyə hazırdır.
O xatırladıb ki, ölkədə əhalinin məşğulluğunun və gəlirlərinin qorunmasına, biznesin dəstəklənməsinə, itkilərin azaldılmasına, daha çox ziyan görmüş sahələrə yardım edilməsinə istiqamətlənmiş tədbirlər kompleksi reallaşdırılıb.
“Biz ASOİƏ üzrə partnyorlarımızla əhalinin, o cümlədən əmək miqrantlarının kütləvi immunlaşdırılması, xəstəlikdən sağalanların bərpa və reabilitasiyası kimi aktual istiqamətlərdə sıx əməkdaşlığa hazırıq”, - Rusiya lideri əlavə edib.
Putin deyib ki, Rusiya koronovirusla mübarizə üzrə koordinasiyalı fəaliyyət barədə görüşün yekun sənədini dəstəkləyir.
Rusiya vaksinləri
Rusiyanın koronavirus əleyhinə bütün vaksinləri təhlükəsiz və etibarlıdır, Putin söyləyib.
“Qeyd edim ki, Rusiyada koronavirus əleyhinə artıq dörd vaksin hazırlanaraq tətbiq olunur. Hamısı təhlükəsiz və etibarlıdır”, - Putin bildirib.
O qeyd edib ki, Rusiyanın ilk “Sputnik V” vaksininin yüksək keyfiyyətini artıq onu rəsmən təsdiqləmiş 70 dövlət etiraf edib.
“Bizim preparatların texnologiyanın transferi əsasında xaricdə istehsalını da aktiv təşkil edirik... “Sputnik V”nin ildə ümumilikdə 800 milyon dozadan çox həcmdə istehsalı üzrə müqavilələr bağlanıb”, - o deyib.
Putin vurğulayıb ki, Rusiya Asiya-Sakit okeanı bölgəsində vaksinlərin istehsalı üçün yeni güclərin yaradılması, onların istehsalı və tədarükünə mane olan inzibati və digər maneələrin aradan qaldırılması üçün birgə işin vacib olduğunu hesab edir.
Eləcə də oxuyun:
-
Putin və Lukaşenko Sankt-Peterburqda vacib bəyanat verdilər
-
Putin ruslarla ukraynalıların tarixi birliyi barədə məqalə yazıb
-
İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradır