Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tarixi an: Rusiya və ABŞ ilk dəfə BMT TŞ-nin qətnaməsinin birgə mətnini təqdim ediblər

© AFP 2024 / Mladen ANTONOVФлаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, 30 июля 2017 года
Флаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, 30 июля 2017 года - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya humanitar yardımın çatdırılması üçün transsərhəd mexanizminin bir il uzadılmasını nəzərdə tutan qətnaməni yekdilliklə təsdiqləyiblər.

BAKI, 9 iyul — Sputnik. BMT Təhlükəsizlik Şurasının (SC) Suriyada transsərhəd yardımına dair Rusiya-Amerika ortaq qətnaməsini qəbul etməsi tarixi bir məqamdır. Bunu cümə günü Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ümumdünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bu gün biz tarixi bir anın şahidi oluruq - Rusiya və ABŞ ilk dəfə birlikdə BMT Təhlükəsizlik Şurasının qətnaməsini təqdim etdilər", - deyə o, bildirib. 

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya humanitar yardımın çatdırılması üçün transsərhəd mexanizminin bir il uzadılmasını nəzərdə tutan qətnaməni yekdilliklə təsdiqləyiblər.

Qətnamə, Suriya və Türkiyə sərhədindəki yeganə "Bab əl-Həva" keçid məntəqəsinin işinin 12 aylıq müddətə uzadılmasını əks etdirir. Qətnamənin şərtinə görə, BMT Baş katibi Antonio Quterriş altı ay ərzində sərhədyanı yardım mexanizminin işinə dair hesabat təqdim etməlidir.

Heç bir problem aşkarlanmazsa, hesabatdan sonra bu mexanizm daha altı ay işləməyə davam edəcək.

Səsvermədən sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild, "ABŞ və Rusiyanın 12 ay ərzində Suriya xalqına kömək etməklə bağlı təşəbbüsü dəstəkləmək üçün toplaşa bildiklərindən" məmnun olduğunu bildirib.

 

 

Xəbər lenti
0