Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya, İran və Türkiyə Suriyaya dair birgə bəyanatla çıxış ediblər

© AFP 2024 / LOUAI BESHARAФлаг Сирии перед отелем в Дамаске, фото из архива
Флаг Сирии перед отелем в Дамаске, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Tərəflər dinc sakinlərə təhlükə yaradan Heyat Təhrir Əş Şam qruplaşmasının və onunla bağlı olan terrorçu təşkilatların fəaliyyətinin genişlənməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər.

BAKI, 8 iyul — Sputnik. Rusiya, İran və Türkiyə İdlibdə sakitliyin qorunub saxlanmasını, razılaşmalara tam riayət olunmasını vacib hesab edirlər. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Astana formatı"nın qarantı olan ölkələrin Suriyaya dair danışıqların növbəti mərhələsindən sonrakı bəyanatında deyilir.

İyulun 7-8-də Astana formatında suriyadaxili danışıqların onaltıncı raundu keçirilir. Görüşdə Suriyada vəziyyət, o cümlədən humanitar, iqtisadi, tibbi yardım, habelə ölkənin konstitusiya məhkəməsinin Cenevrədə işinin bərpa olunması və etimadın bərpasına dair mümkün proseslər, o cümlədən əsirlərin dəyişdirilməsi və girovların azad edilməsi məsələləri müzakirə olunur.

"Fəratarxası ərazilərdə Suriyanın bütövlüyünə və qonşu ölkələrin milli təhlükəsizliyinə təhdid kəsb edən separatçı planlara qarşı mübarizədə qətiyyətimizi təsdiq edirik", - deyə bəyanatda deyilir.

Tərəflər Suriyanın şimal-şərqində uzunmüddətli təhlükəsizlik və sabitliyin əldə olunmasının yalnız ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanması əsasında mümkün olduğu ilə razılaşıblar.

"Bu yerlərdə" yeni reallıqların yaradılması cəhdlərini, terroçuluqla mübarizə adı altında qanunsuz özünüidarə təşəbbüslərini inkar edirik", - deyə bəyanatda bildirilir.

"İdlibdəki deeskalasiya zonasında vəziyyəti geniş nəzərdən keçirdik və "bu yerlərdə" İdlibə dair razılaşmaların tam yerinə yetirilməsi yolu ilə burada sakitliyin qorunub saxlanmasının zəruriliyini qeyd edirik", - deyə sənəddə bildirilir.

"Astana formatının qarantları olaraq İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Respubikasının nümayəndələri... Suriya Ərəb Respublikasına məxsus olmalı olan, neftin satışından əldə olunan gəlirlərin qeyri-qanuni ələ keçirilməsi və ötürülməsi hallarının qəbuledilməz olduğunu bir daha qeyd edirlər" – deyə Nur-Sultanda imzalanan sənəddə deyilir.

"İŞİD, Cəbhat Ən Nüsra*/Heyat Təhrir Əş Şam və Əl-Qaidə təşkilatı ilə bağlı olan digər qrup, müəssisə, təşkilat və şəxslərin, habelə BMT tərəfindən terror təşkilatı kimi tanınan digər qrupların birdəfəlik məhv edilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi, habelə eyni zamanda beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxslərin və mülki infrastrukturun müdafiəsinin təmin edilməsi barədə razılığa gəldik", - deyə bəyanatda deyilir.

Tərəflər həmçinin həmin ərazilərdə dinc sakinlərə təhlükə yaradan Heyat Təhrir Əş Şam qruplaşmasının və onunla bağlı olan terrorçu təşkilatların fəaliyyətinin genişlənməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər.

Daha sonra snəddə deyilir ki, Rusiya, İran və Türkiyə İsrailin Suriyaya hərbi hücumlarını pisləyir, bu, beynəlxalq hüququn pozulmasıdır və buna son qoyulmalıdır.

"İsrailin Suriyaya hərbi hücumlarını pisləyirik. Bu hücumlar beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarını pozur, Suriyanın və qonşu ölkələrin suverenliyinə, regionda sabitliyə təhlükə törədir və biz bu hücumlara son qoymağa çağırırıq", - deyə Nur-Sultanda imzalanmış sənəddə deyilir.

Suriyada hərbi münaqişə 2011-ci ildən bu günə qədər davam edir. 2017-ci ildən etibarən Nur-Sultanda "Astana formatı" adlandırılan danışıqlar keçirilir (Qazaxıstan paytaxtının əvvəlki adı ilə bağlıdır). 2018-ci ilin yanvarında Soçidə Suriya milli dialoq konqresi keçirilib ki, bu da münaqişə başlandıqdan sonra ilk dəfə danışıqlar masası ətrafında geniş tərkibdə iştirakçıları toplamaq cəhdi olub. Konqresin əsas nailiyyəti Cenevrədə çalışan konstitusiya komitəsinin yaradılması olub ki, onun da əsas vəzifəsi konstitusiya islahatlarının hazırlanmasıdır.

Suriyaya dair beynəlxalq görüşlərin altıncı raundu Astanada 2017-ci ilin 14-16 sentyabr tarixlərində keçirilib. Həmin görüşdə Suriyada deeskalasiya zonalarının yaradılması elan lunub: Xoms şəhərindən şimala doğru, Dəməşqin ətraf qəsəbələrində - Şərqu Quta rayonunda, Suriya-İordaniya sərhədində - Deraa əyalətində, habelə İdlib əyalətində. İdlibdəki deeskalasiya zonasında monitorinqin İran, Rusiya və Türkiyə qüvvələrinin, qalan ərazilərdə isə Rusiya hərbi polisinin həyata keçirəcəyi barədə qərar qəbul olunub.

Xəbər lenti
0