Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Paşinyanın səfəri haqda - Azərbaycanla daima təmasdayıq

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur.

BAKI, 8 iyul — Sputnik. Moskva və Bakı arasında təmaslar daimi əsasdadır, hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Azərbaycan tərəfi ilə təmaslar daimi əsasda davam etdirilir. Hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Elə bu reallaşdırma çərçivəsində Ermənistan və Azərbaycan tərəfləri ilə təmaslar həyata keçirilir. Ötən gün ikitərəfli münasibətlər haqqında ətraflı danışıldı. Üçtərəfli razılaşmanın reallaşdırılmasının müxtəlif nüansları və təbii ki, ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu", - deyə Peskov "Putin və Paşinyanın danışıqlarının yekunlarına dair hər hansı bir razılaşma varmı və Azərbaycan tərəfi ilə hər hansı təmaslar planlaşdırılırmı", - sualına cavab verərkən Peskov bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya səfər edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0