Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Toxunulmamış sahə: Ermənistanla sərhəddin delimitasiya və demarkasiyası barədə

© Sputnik / Murad OrujovAğdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Rusiyalı mütəxəssis Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Ermənistanla iş aparacağını bildirib.

BAKI, 6 iyul — Sputnik. Delimitasiya və demarkasiyasız sülh müqaviləsi istiqamətində irəliləyiş olmayacaq və Ermənistanla bu sahədə iş aparılacaq – bu fikri Rusiya Federasiya Hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, "İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Moskvanın sərhədlərin müəyyən olunmasında rəsmi Yerevana təsiri məsələsinə də toxunan ekspert qeyd edib ki, Ermənistandakı daxili-siyasi mexanizmlər, anti-Rusiya əhval-ruhiyyəsi nəzərə alınarsa, direktiv formada bu baş verməyəcək.

"Hərçənd, digər tərəfdən, Rusiya təhlükəsizliyin (Ertmənistanın-red.) qarantıdır. KTMT ləğv olunmayıb və olunmayacaq da", – deyə Klaçkov bildirib.

Bununla belə, o, qurumun Bakı və Ankaranın hesabına genişlənməsi perspektivini də istisna etməyib.

"Ermənistanla iş aparılacaq. Bu, Rusiyanın qarşılıqlı əməkdaşlıq istəyi və xoşməramlı niyyəti ilə bağlıdır. Belə bir niyyət var", – deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, əsas məqamlardan biri də təhlükəsizliyin təmin olunması ilə bağlıdır, çünki bunsuz gələcək irəliləyiş mümkün deyil.

© Sputnik / Murad Orujov"İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş mətbuat konfransında
Toxunulmamış sahə: Ermənistanla sərhəddin delimitasiya və demarkasiyası barədə - Sputnik Azərbaycan, 1920, 06.07.2021
"İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş mətbuat konfransında

"Bu hamının xeyrinə olacaq, başqa sözlə, uduzan olmayacaq. "Qarşıda görüləcək işlər çoxdur, odur ki, bəzən kompromisə getmək lazım gələcək", – deyə politoloq bildirib.

O, uğurlu qarşılıqlı əməkdaşlığa nümunə olaraq isə erməni diversantlarının minalanmış ərazilərin xəritəsi müqabilində Yerevana qaytarılmasını qeyd edib.

Rusiyanın rolu

Klaçkov, eləcə də, ölkələr arasında sülh münasibətlərinin qurulması, xüsusən də, mina xəritələrinin verilməsi müqabilində erməni təxribatçılarının qaytarılması prosesində Moskvanın və şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı Rüstəm Muradovun oynadığı rola toxunub:

"Burada qarant kimi Rusiyanın rolu aydın nəzərə çarpır. Sülhməramlıların komandanı Muradovun rolunu da xüsusi qeyd etmək lazımdır. Heç kim bu prosesin Rusiya tərəfinin təşəbbüsü ilə baş verdiyinə şübhə etmir".

Klaçkov vurğulayıb ki, artıq sülh yaratmağın vaxtı gəlib çatıb və istər siyasi, istərsə də diplomatik istiqamətdə olsun, bu prosesdə Rusiyanın üzərinə mühüm rol düşür.

Politoloqun fikrincə, Qərbin Xəzər regionu ölkələrini Rusiyadan uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, Moskvanın bu bölgədə hələ də sözü keçir.

"Bizim münasibətlərimizin (Rusiya-Azərbaycan - red.) əsasında ümumi tarixi taleyimiz durur. İlk növbədə liderlər arasındakı münasibətlərdən söhbət gedir. Liderlər arasında peşəkar dialoq rejimi mövcud olanda bu xalqların da xeyrinə olur", – deyə o bildirib.

Politoloq belə hesab edir ki, qüvvələr balansını dərk edərək hər kəslə açıq dialoq aparmaq lazımdır.

© Sputnik / Murad Orujov"İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş mətbuat konfransında
Toxunulmamış sahə: Ermənistanla sərhəddin delimitasiya və demarkasiyası barədə - Sputnik Azərbaycan, 1920, 06.07.2021
"İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunmuş mətbuat konfransında

Türkiyənin regionda möhkəmlənməsi

"Hamı Türkiyənin regiondakı rolunu görür və heç kim bunu inkar etmir. Əgər bu, sülhün inkişafına yönələcəksə, işin xeyrinədir", – deyə Pavel Klaçkov bidirib.

Bununla belə, o, Azərbaycanda türk hərbi bazalarının yaradılması imkanları ilə bağlı xəbərə də toxunaraq bildirib ki, bu məsələ Rusiya tərəfini narahat etməyə bilməz. Çünki Rusiya ilə müzakirə etmədən və razılaşdırılmadan bu işin baş tutması mümkün deyil.

Qeyd etmək yerinə düşər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə xəbəri şayiə adlandırmışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bidirmişdi ki, "alyansa üzv dövlətlərin sərhədlərimizin yaxınlığında hərbi infrastruktur obyektləri açması bizim diqqət göstərəcəyimiz məsələ olmaqla yanaşı, həm də təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək məqsədilə lazımlı addımlar atmaq üçün bir səbəbidir".

Ekspert onu da qeyd edib ki, Azərbaycanın dövlət idarəetmə modeli SSRİ-nin dağılmasından sonra öz tutarlılığını və səmərəliliyini sübut edib.

"Bakı beynəlxalq arenada məsuliyyətli oyunçu hesab olunur və əlaqələrin qurulmasının vacibliyini yaxşı başa düşür", – deyə Klaçkov vurğulayıb. Onu da qeyd edib ki, Azərbaycanın dövlət sistemi Qarabağ münaqişəsinə rəğmən bütün sınaqlardan uğurla çıxıb.

Xəbər lenti
0