Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Diplomatik təyinatlarda ləngimələr: səbəb Rusiya layihəsi göstərilir

© AP Photo / J. Scott ApplewhiteABŞ konqresinin binası
ABŞ konqresinin binası - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Medianın yazdığına görə, siyahıda yer alanlar arasında Brett Holmqrenin dövlət katibinin kəşfiyyat məsələləri üzrə köməkçisi, Daniel Kritenbrinkin dövlət katibinin Şərqi Asiya və Sakit Okean üzrə  köməkçisi vəzifəsinə təyin olunması nəzərdə tutulurdu.

BAKI, 3 iyul - Sputnik. ABŞ Senatı respublikaçı Ted Kruzun etiraz etməsi səbəbindən 13 namizədin vacib diplomatik vəzifələrə təsdiq olunmasına nail ola bilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “NBC” nəşri məlumat yayıb. Nəşr bildirir ki, bununla Co Bayden administrasiyası "Şimal Axını-2" boru kəmərinə qarşı daha sərt tədbirlər görməyə məcbur etməyə çalışılır. Qeyd olunur ki, seçilmiş namizədlərin heç birinin fəaliyyəti əslində Vaşinqtonun Rusiya layihəsi ilə bağlı siyasəti ilə əlaqəli deyil.

Medianın yazdığına görə, siyahıda yer alanlar arasında Brett Holmqrenin dövlət katibinin kəşfiyyat məsələləri üzrə köməkçisi, Daniel Kritenbrinkin dövlət katibinin Şərqi Asiya və Sakit Okean üzrə  köməkçisi vəzifəsinə təyin olunması nəzərdə tutulurdu.

“NBC News” xəbər verir ki, öz növbəsində "Şimal Axını 2"nin digər rəqibləri Ted Kruzu dəstəkləməyiblər. Onların məlumatlarına görə, senator bu cür taktikalardan ilk dəfə istifadə etmir. Məsələn, mart ayında o, Uilyam Bernsin MKİ-nin direktoru, Brayan Makkionun dövlət katibinin birinci müşaviri təyin edilməsini də ləngitmişdi, ancaq Ağ Evin Rusiya kəmərinə qarşı sanksiya tətbiq etməyə hazır olduğuna əmin olduqdan sonra bu maneəni aradan qaldırmışdı.

"Şimal axını-2"

"Şimal axını-2" – Rusiyadan Almaniyaya Baltik dənizindən keçməklə iki qaz kəməri xəttinin çəkilməsini nəzərdə tutur. Bu xətlərin ümumi gücünün illik 55 milyard kubmetrə bərabər olacağı təxmin edilir. Layihədə Rusiyanın "Qazprom" şirkəti ilə yanaşı, bir sıra Avropa şirkətləri də iştirak edir. 

Hazirda "Şimal axını-2"nin inşası başa çatmaq üzrədir; iyun ayının əvvəlində ilk xəttin çəkilməsi texniki olaraq başa çatdırıldı. İkincisi 1.5-2 aya tamamlana bilər.
Amerika Birləşmiş Ştatları bu layihəyə qarşı çıxır, çünki Avropa Birliyinə öz maye qazını satmaq niyyətindədir. 

Eləcə də oxuyun:

Xəbər lenti
0