Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölüm halları ilə bağlı yeni rekord

© © Kirill Zykov/Moscow News Agency/Handout via REUTERSМедицинские работники в госпитале COVID-19 в ГКБ No1 имени Н.И. Пирогова в Москве, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ No1 имени Н.И. Пирогова в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 182,6 milyonu keçib, 3,95 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 2 iyul — Sputnik. Son bir sutka ərzində Rusiyada 23218 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 679 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 5561360-a çatıb. Rusiyada pandemiya yayılandan 136565 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 5035518-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 182,6 milyonu keçib, 3,95 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0