Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

IFC-nin Cənubi Qafqaz üzrə regional direktoru təyin edilib

© AFP 2021 / DANIEL JANINВход в Европейский банк реконструкции и развития в Лондоне, фото из архива
Вход в Европейский банк реконструкции и развития в Лондоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə keçmiş ölkə meneceri Dünya Bankına daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə Regional Ölkə meneceri təyin edilib.

 

BAKI, 28 iyun — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə keçmiş ölkə meneceri İvana Duarte Dünya Bankına daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə Regional Ölkə meneceri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə səlahiyyətləri icra edəcək İ.Duartenin ofisi Tbilisidə yerləşir.

Qeyd edək ki, uzun müddət idi ki, IFC-də adıçəkilən vəzifə boş idi.

Xatırladaq ki, bu ilin iyununda İ.Duartenin EBRD-də səlahiyyət müddəti başa çatıb və hələlik onun yerinə təyinat yoxdur.

Əlavə edək ki, indiyədək EBRD Azərbaycanda 3 mlrd 123 milyon avro məbləğində layihələr həyata keçirib.

175 layihədən 13-ü dövlət sektorunun (1,6 milyard avro), 162-i də özəl sektorunun (bütöv zərfin 23 %-i) payına düşür.

Eləcə də oxuyun:

  • "Biz Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk"

  • İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini qəbul edib

  • Ərəblər Azərbaycanda küləyə 300 milyon dollar verəcəklər

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала