Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? "Qaçqınkom" açıqladı

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkCəbrail rayonunda
Cəbrail rayonunda - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə kimlərin köçürüləcəyini açıqlayıb.

BAKI, 24 iyun — Sputnik. "Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar".

Sputnik Azərbaycan-ın xəbərinə görə bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ukraynanın "Ukrayna 24" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək.

"Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik", - Dövlət Komitəsinin sədri bildirib.

Qeyd edək ki, bir müddət öncə Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçiriliib. Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları, cavabları məxfi qalacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan 28 il idi ki, işğalda olan torpaqlarını 44 günlük müharibədə azad edib. Vətən müharibəsində qazanılan qələbəyə ən çox sevinən məcburi köçkün və qaçqınlarımız olub. Vətən müharibəsindən sonra məcburi köçkün və qaçqınlar tərəfindən işğaldan azad olunmuş torpaqlara könüllü qayıdışla bağlı yüzlərlə, minlərlə müraciət olub.

Xəbər lenti
0