Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı

© © Alexander Zemlianichenko/Pool via REUTERSВстреча президентов России и США Владимира Путина и Джо Байдена в вилле Ла-Гранж в Женеве, 16 июня 2021 года
Встреча президентов России и США Владимира Путина и Джо Байдена в вилле Ла-Гранж в Женеве, 16 июня 2021 года - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiya Prezidenti Vladimir Putin görüşdəın sonra jurnalistlərin suallarını cavablayır. Bir qədər sonra Bayden də media önünə çıxacaq.

BAKI, 16 iyun - Sputnik. Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bəyanatın əsas məqamlarını təqdim edir:

"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər. 

Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik. 

Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".

Rusiya-ABŞ sammiti

Çərşənbə günü, iyunun 16-da İsveçrədə Rusiya və ABŞ liderlərinin görüşü keçirilib. Cenevrədəki La Qranj iqamətgahında öncə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden 3.5 saat müddətində təkbətək görüşüblər. Sonra isə hər iki tərəfin nümayəndə heyətlərinin geniş tıərkibdə ikitərəfli görüşü keçirilib. Rusiya Prezidenti Vladimir Putin görüşdəın sonra jurnalistlərin suallarını cavablayır. Bir qədər sonra Bayden də media önünə çıxacaq.

Eləcə də oxuyun:

Xəbər lenti
0