QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sputnik Azərbaycan bu gün Qarabağda həlak olan jurnalistləri necə xatırlayır

Abunə olmaq
Sputnik Azərbaycan komandası bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistləri yaxşı tanıyırdı. Onların həmkarları haqda xatirələrini videoda izləyin.

4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

AzTV artıq avtomobilin partladığı yerdən kadrları, habelə həlak olan jurnalistlərin - Məhərrəm İbrahimov və Sirac Abışovun son müsahibələrini dərc edib.

Sputnik Azərbaycan-ın redaksiya heyəti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.

Xəbər lenti
0