BAKI, 2 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Alıkeyxalı kəndindən videogörüntülər hazırlayıb.
Sputnik Azərbaycan həmin videogörüntüləri təqdim edir.
2020-ci il sentyabrın 27-də başlamış Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində erməni işğalında olan ərazilərimiz geri qaytarıldı. Əksər ərazilər hərbi əməliyyatlar nəticəsində geri qaytarılsa da, Ağdam, Kəlbəcər və Laçın rayonları ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatən şərtlərinə uyğun olaraq bir güllə atılmadan işğaldan azad edilib.