BAKI, 30 may - Sputnik. Rusiyada, Yekaterinburqda evin pəncərəsindən küçəyə atəş açan şəxs artıq saxlanılıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx məlumat yayıb.
O bildirib ki, hadisə Kimyəvi Maşınqayırma (Ximmaş) rayonunda baş verib, nəticədə Rusiya Milli Qvardiyasının hərbçisi və bir uşaq yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
"Polis əməkdaşları ilə bizim Rusiya Qvardiyasından olan həmkarlarımızın qarşılıqlı əməkdaşlığı sayəsində şübhəli şəxs saxlanılıb və dindirilmə üçün daxili işlər orqanlarına aparılıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Əməliyyat zamanı Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı bölməsinin zabitlərindən heç kəs zərər çəkməyib.
Rusiya İstintaq Komitəsi azyaşlı uşağın öldürülməsinə cəhd və hüquq-mühafizə orqanının əməkdaşının həyatına qəsd maddələri ilə cinayət işi açıb. Hadisəni törədən 48 yaşlı kişi ov karabini ilə silahlanıbmış.
Azyaşlı qızın vəziyyətinin ağır olduğunu bildirilir.
"Qız ağır vəziyyətdədir, kişinin vəziyyəti isə orta ağırdır", - deyə Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidməti bildirib.
Həmçinin oxuyun:
* Yekaterinburqda atışma: Yaralılar var