Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada dərmanların reklamı qadağan ediləcək?

© AP Photo / Elise AmendolaТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Müəllifin fikrincə, televiziya və radio proqramlarında dərmanların reklamının qadağan olunması vətəndaşları öz sağlamlığına qarşı daha diqqətli olmağa, boş-boşuna dərmanlara pul xərcləməməyə təşviq edəcək

 

BAKI, 26 may — Sputnik. Dövlət Dumasına dərman vasitələrinin televiziya və radioda reklamına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsini Rusiya liberal-demokrat partiyasından olan deputat Maksim Zaytsev təqdim edib.

"Qanun layihəsi dərman vasitələrinin televiziya və radioda reklamına qadağa qoyulmasını nəzərdə tutur", - deyə parlamentin məlumat bazasında yerləşdirilmiş sənəddə deyilir.

Layihə müəllifi bildirir ki, dərman preparatlarının reklamında onların istifadəsinə dair əks göstərişlərin, dərmanlardan istifadə zamanı təlimatla tanış olmağın və ya mütəxəssisə müraciət etməyin zəruriliyinin qeyd olunmasına rəğmən, vətəndaşlar əksər hallarda dərman vasitələrinin köməyi ilə ağrıdan can qurtarmaq istəyərkən bu cür təfərrüatlara fikir vermirlər.

Məlumatda qeyd olunur ki, açıq informasiya mənbələrinin məlumatına görə, hər il ölkədə 55 min nəfər dərman vasitələrinin qeyri-düzgün istifadəsindən həlak olur.

Müəllifin fikrincə, televiziya və radio proqramlarında dərmanların reklamının qadağan olunması vətəndaşları özünümüalicə ilə məşğul olmaq və külli miqdarda, əksər hallarda müalicəvi effekti olmayan preparatlar almaq əvəzinə öz sağlamlığına qarşı daha diqqətli olmağa, boş-boşuna dərmanlara pul xərcləməməyə təşviq edəcək. Bundan əlavə, özünümüalicə ilə bağlı ölüm halları da azalacaq.

 

Xəbər lenti
0