Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əli Əsədov Moskvaya nə üçün gedib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПремьер-министр Азербайджана Али Асадов, прибывший с двухдневным визитом в Москву
Премьер-министр Азербайджана Али Асадов, прибывший с двухдневным визитом в Москву - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Səfər çərçivəsində Azərbaycanda dəmiryol vaqonlarının yığılması üzrə müəssisənin yaradılması, həmçinin Bakı üçün yeni olan aviasiya sənayesinə dair məsələlərin də müzakirəsi gözlənilir

BAKI, 20 may — Sputnik. Moskvada Azərbaycan və Rusiya baş nazirlərinin görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, mayın 20-də Azərbaycanın Baş naziri Əli Əsədov Moskvaya gəlib. Səfər çərçivəsində Əsədov Rusiyanın baş naziri Mixail Mişustin və hökumətin digər nümayəndələri ilə görüşəcək.

Səfərin gündəliyində iqtisadi-ticari əməkdaşlıq və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər var. Bundan əlavə koronavirus infeksiyası ilə birgə mübarizə məsələsi də müzakirə olunacaq.

Rusiya Nazirlər Kabinetinin məlumatına görə, danışıqların nəticəsi olaraq tərəflər arasında əməkdaşlığın inkişafına dair birgə sənədin imzalanması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,7 milyard dollar olub ki, bu da 2019-cu ilin müvafiq dövründən 11,6% azdır. 2021-ci ildə bu sahədə göstəricilərin az da olsa artması müşahidə olunur.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq ümumilikdə mümkün istiqamətlər üzrə beş "yol xəritəsinə" əsaslanır:

İki ölkə arasında ticarətdəki maneələrin aradan qaldırılması;

Nəqliyyat sahəsində əməkdaşlığa dair;

Azərbaycan ərazisində birgə istehsal müəssisələrinin yaradılmasına dair;

Büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığa dair;

Qarşılıqlı səfərlərin artırılması və humanitar əlaqələrə dair.

Bundan əlavə, Əsədovun səfəri çərçivəsində Azərbaycanda dəmiryol vaqonlarının yığılması üzrə müəssisənin yaradılması, həmçinin Bakı üçün yeni olan aviasiya sənayesinə dair məsələlərin də müzakirəsi gözlənilir.

Xatırladaq ki, hazırkı səfər Əsədovun Baş nazir qismində Rusiyaya ikinci səfəridir. Bu qəbildən ilk səfər 2019-cu ilin oktyabrında, Əsədov bu vəzifəyə təyin olunduqdan dərhal sonra baş tutub.

Xatırladaq ki, Əsədovun səfərindən əvvəl Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də Moskvaya səfər edib və rusiyalı həmkarı Maksut Şadayevlə görüşlər keçirib. Tərəflər məlumatların saxlanmasına dair virtual texnologiyalar (bulud texnologiyaları), iki ölkə arasında elektron imzaların tətbiqi məsələlərini müzakirə ediblər.

Xəbər lenti
0