https://sputnik.az/20210517/kechmi-absh-prezidenti-reyqanin-mushaviri-putinden-vetendashliq-istedi-426976341.html
Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi
Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi
Sputnik Azərbaycan
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada... 17.05.2021, Sputnik Azərbaycan
2021-05-17T23:02+0400
2021-05-17T23:02+0400
2021-11-16T20:25+0400
https://cdnn1.img.sputnik.az/img/42375/05/423750573_0:116:3231:1933_1920x0_80_0_0_a45d91bbbb1c1ebedc0031fa9dea82a5.jpg
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42375/05/423750573_250:0:2981:2048_1920x0_80_0_0_2ffee0381146477491235d6c66fc74b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi
23:02 17.05.2021 (Yenilənib: 20:25 16.11.2021) "Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.
BAKI, 17 may — Sputnik. 1980-1988-ci illər arasında ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi Rusiya Prezidenti Vladimir Putindən vətəndaşlıq istəyib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
1984-1988-ci illər ərzində Reyqanın ABŞ-ın keçmiş SSRİ ilə münasibətlər üzrə müşaviri vəzifəsində çalışan Messi iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün uzun müddət çalışdığını dilə gətirərək bu fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmaq istədiyini bildirib.
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.
Qeyd edək ki, hazırda 90 yaşında olan Messi ABŞ-la Rusiya arasında casusluq fəlaiyyətlərinin ən aktiv olduğu dövrdə müşavir kimi çalışıb.
Messinin müraciəti ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Amerika mətbuatında böyük rezonans doğurub.