Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Donbasın Rusiyaya ehtimal olunan ilhaqı barədə xəbərlərə cavab verib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidKreml, arxiv şəkli
Kreml, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
Brüsseldə Moskvanın yerli əhaliyə pasport paylamaqla Şərqi Ukraynanın bir hissəsini "de fakto inteqrasiyasına" cəhd etdiyini düşünürlər.

BAKI, 13 may — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Moskvanın Donbası Rusiyaya birləşdirmək cəhdləri barədə bəyanatlarını şərh edib. Bu barədə Sputnik Azəbaycan Rusiya mediasına istinadən xəbər verir.

"(Rusiya – red.qeydi) heç vaxt bununla məşğul olmayıb. <...> Rusiya heç kimi udmağı planlaşdırmayıb, planlaşdırmır da", - deyə o bildirib.

Bloomberg agentliyinin Aİ üzvləri arasında yayılmış sənədə istinadən verdiy xəbərə görə, Brüsseldə Moskvanın yerli əhaliyə pasport paylamaqla Şərqi Ukraynanın bir hissəsini "de fakto inteqrasiyasına" cəhd etdiyini düşünürlər.

Госсекретарь США Энтони Блинкен, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Entoni Blinken: "ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

Agentliyin məlumatına görə, Avropa İttifaqı tərəfindən Ukraynanın "Rusiya təcavüzünə" qarşı tab gətirməsinə kömək etməli olan tədbirlərin nəzərdə tutulduğu sənəd hazırlanıb.

Qeyd edək ki, Moskva dəfələrlə Ukraynadakı münaqişədə tərəf olmadığını bəyan edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, pasportların verilməsi sırf humanitar xarakter daşıyır. Onun sözlərinə görə, Donbasda insan haqları ilə bağlı vəziyyət bütün hədləri aşır.

Xatırladaq ki, 2019-cu ilin aprelindən etibarən Rostov vilayətində Rusiya pasportlarının verilməsi mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə qondarma Luqansk və Donetsk xalq respublikalarının sakinləri sadələşdirilmiş qaydada həmin pasportları ala bilərlər.

Eləcə də oxuyun: 

* Avropa ölkələrinə çağırış etdilər: Rusiya diplomatlarını evlərinə göndərin

Zelenski Putinlə Vatikanda görüşmək istəyir, lakin Kremlin bundan xəbəri yoxdur

ABŞ Ukraynaya yeni silahlar göndərəcək

 

Xəbər lenti
0