BAKI, 11 may — Sputnik. Mayın 12-i Tatarıstanda matəm günü elan olunub. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat verir.
Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başlayıblar. Daha sonra hadisə yerində partlayış səsi eşidilib.
Sonradan atəş açan şəxslərin iki azyaşlı oğlan olduğu müəyyən edilib. Onlardan biri saxlanılıb, digəri isə zərərsizləşdirilib.
Hadisə yerinə 21 təcili yardım briqadası göndərilib. Tatarıstan prezidenti Rüstəm Minnixanov, respublikanın səhiyyə naziri Marat Sadıkov və bölgə prokuroru İldus Nafikov dərhal hadisənin baş verdiyi məktəbə yollanıblar.
Tatarıstan rəhbəri Rüstm Minnixanov hadisəni şərh edərkən 7 məktəblinin həlak olduğunu deyib.
"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xətəxanaya yerləşidirilən 16 nəfərdən də 12-i azyaşlıdır.
Qeyri-rəsmi məlumatlara görə isə hadisə nəticəsində 13 nəfər həlak olub.