BAKI, 11 may — Sputnik. Kazan məktəbindəki atışma nəticəsində dörd oğlan və üç qız həlak olub, daha 16 nəfər isə xəstəxanadadır – bunu Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bildirib.
"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, xətəxanaya yerləşidirilən 16 nəfərdən də 12-i azyaşlıdır.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyası Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki məktəblərdən birində atışma olub. Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində 11 nəfər həlak olub. Hələlik bu rəqəm rəsmi şəkildə təsdiqini tapmayıb.