Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Sov.İKP-yə eşq olsun" Rusiya Dövlət Dumasına namizədliyini irəli sürəcək

© Photo : Instagram / kpss_begemot_officialVyaçeslav Maşnov, arxiv şəkli
Vyaçeslav Maşnov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
"Yaşıl alternativ partiyası" imza toplamadan parlament seçkilərində iştirak edə biləcək. Belə ki, partiya artıq regionlardan birinin qanunvericilik orqanında yer alıb.

BAKI, 8 may — Sputnik. Rusiyalı repçi, daha çox "Sov.İKP-yə eşq olsun" və "İrinli" təxəllüsləri ilə tanınan Vyaçeslav Maşnov Dövlət Dumasına namizədliyini irəli sürəcəyini bəyan edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Mən "Yaşıl alternativ partiyası"ndan olan dostlarla söhbətləşdim. Onlar yaxşı uşaqlar imiş: hamısı veqan, vegetarianlardır", - deyə artist "YouTube" kanalında bildirib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilərin 2021-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə Rusiya MSK sədri Ella Pamfilova bildirib ki, "Yaşıl alternativ partiyası" imza toplamadan parlament seçkilərində iştirak edə biləcək. Belə ki, partiya artıq regionlardan birinin qanunvericilik orqanında yer alıb.

Xəbər lenti
0