Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada energetik içkilərin uşaqlara satışının tam qadağan olunması təklif olunub

© Sputnik / Alexey MalgavkoЭнергетические напитки в одном из супермаркетов
Энергетические напитки в одном из супермаркетов - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Rusiya Sənaye və Ticarət Nazirliyindən yanında uşaq olan alıcılara alkoqollu içkilərin qadağan olunması təklifinin nəzərdən keçiriləcəyi bildirilib.

 

BAKI, 6 may — Sputnik. Milli Valideynlər Komitəsinin banisi və Tatarıstanda uşaq hüquqları üzrə müvəkkil İrina Volınets energetik içkilərin uşaqlara satışının tam qadağan olunması təşəbbüsü ilə çıxış edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Ombudsman bununla bağlı Səhiyyə Nazirliyi, "Rospotrebnadzor", Sənaye və Ticarət Nazirliyi, habelə Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinə müvafiq müraciət ünvanlayaraq federal səviyyədə qadağanın tətbiq olunmasını təklif edib.

Volınets qeyd edib ki, energetik içkilərin istehsalında rəngləyici və ətirləndirici maddələrdən, habelə taurin və çoxlu miqdarda kofeindən istifadə olunur.

"Həmin içkilər piştaxtalarda digər qazlı içkilərlə yanaşı düzülür və uşaqlarda energetiklərin təhlükəsiz olması barədə "aldadıcı və təhlükəli" təəssürat yaranır. Yaş xüsusiyyətləri ilə əlaqədar olaraq yeniyetmələr onların zərərini düzgün qiymətləndirə bilmir, həkimlər və valideynlər isə qəti olaraq onların istifadəsinə qarşıdırlar", - deyə Ombudsman bildirib.

Volınets onu da bildirib ki, hazırda bəzi regionlarda energetik içkilərin yetkinlik yaşına çatmamış şəxslərə satışı qadağandır. Lakin bu qadağa federal səviyyədə qanunvericilikdə öz əksini tapmayıb.

"Bununla əlaqədar olaraq xahiş edirəm ki, qeyd olunan halı aradan qaldırmağınızı və Rusiyanın bütün ərazisində qadağanı tətbiq etməyinizi, həmçinin energetik gümrahlaşdırıcı içkilərin tədris, tibbi, bədən tərbiyəsi və idman, istirahət və uşaq sağlamlaşdırma müəssisələrində satışını qadağan edəsiniz", - deyə Milli Valideynlər Komitəsinin banisi bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Sənaye və Ticarət Nazirliyindən yanında uşaq olan alıcılara alkoqollu içkilərin qadağan olunması təklifinin nəzərdən keçiriləcəyi bildirilib. Nazirliyə İrina Volınetsdən mağazalara yetkinlik yaşına çatmamış uşaqlarla gəlmiş şəxslərə spirtli içki və siqaret satışının qadağan olunması təklifi daxil olub.

Xəbər lenti
0