Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidVladimir Jirinovski
Vladimir Jirinovski - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Volfoviç həmçinin ölkənin inzibati ərazi bölgüsünün də alınma sözlərdən və bürokratizmlərdən xilas olmaq üçün inqilabdan əvvəlki terminologiyaya qaytarılmasını təklif edib.

BAKI, 4 may — Sputnik. Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Volfoviç Jirinovski ölkə prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi "prezident" sözünün ingilis dilindən alınma söz olduğunu bəhanə gətirib.

"İngiltərədə və ABŞ-da uşaqlar bizə gülürlər. Onlar deyirlər ki, rusların heç rəhbər vəzifəni adlandırmaq üçün öz sözləri də yoxdur", - deyə Jirinovski bildirib.

Митинг ЛДПР на Пушкинской площади - Sputnik Azərbaycan, 1920, 29.04.2021
RUSİYA
Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

RLDP sədrinin qənaətinə görə, Rusiyada dövlət başçısının "ali hökmdar" adlandırılması daha yaxşı olardı. Eyni zamanda siyasətçi dövlət başçısının "çar" adlandırılması təklifinə qarşı çıxıb.

"Monarxiya ideal variantdır, lakin bütün bunlar hamısı artıq köhnəlib", - deyə siyasətçi bildirib.

Volfoviç həmçinin ölkənin inzibati ərazi bölgüsünün də alınma sözlərdən və bürokratizmlərdən xilas olmaq üçün inqilabdan əvvəlki terminologiyaya qaytarılmasını təklif edib.

"O zaman hər şey aydın idi", - deyə partiya sədri bildirib.

Beləliklə, Jirinovski qubernatorları "canişin", Rusiya regionlarını isə "canişinliklər" adlandırmağı təklif edib. Onun fikrincə, canişinliklər öz növbəsində "nahiyə" və "qəza"lara bölünə bilər.

Xatırladaq ki, bir qədər əvvəl Jirinovski prezident seçkilərində iştirak üzrə çempion olmaq və 2024-cü ildə bu vəzifəyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Xəbər lenti
0