BAKI, 27 aprel — Sputnik. Xankəndi sakini öz evində ölü halda tapılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Qeyd edək ki, aprelin 26-sı saat 13:00-da 1990-cı il təvəllüdlü Xankəndi sakini Vazqen Sarkisyanın meyiti asılmış vəziyyətdə tapılıb.
Otuz bir yaşlı Xankəndi sakininin hansı şəraitdə öldüyü məlum deyil. Hazırda onun intihar, yoxsa sui-qəsd olduğu araşdırılır.