BAKI, 26 aprel — Sputnik. Birləşmiş Ştatlar tərəfindən "erməni soyqırım"ının tanınması bu ölkənin daxili məsələsidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, Birləşmiş Ştatların daxili işidir", - deyə Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb.
Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".