BAKI, 24 aprel — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, müdafiə nazirləri Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətini, həmçinin Ermənistan ordusunda başlayan islahatların əsas istiqamətlərini müzakirə ediblər.
Tərəflər, həmçinin Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.