BAKI, 21 aprel — Sputnik. Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, lakin ehtiyac yarandığı təqdirdə cavab asimmetrik, sürətli, sərt olacaq. Onlar peşman olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Rusiyaya qarşı istənilən təxribatların təşkilatçıları uzun müddət peşman olmadıqları kimi peşman olacaqlar:
"Mən bunu deməliyəm - hər hansı bir qərar verərkən kifayət qədər səbir, məsuliyyət, peşəkarlıq və sağlam düşüncə sahibi olacağıq".
O, eyni zamanda, Moskvanın qırmızı xətlərini keçməməyə çağırıb: "Onların haradan keçdiyini isə Rusiya özü müəyyənləşdirəcək".