BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.
Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.
Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.