Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Aya adam göndərməyi və Mars missiyasını hədəfləyən layihəyə razılıq verib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин
Президент России Владимир Путин - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Abunə olmaq
"Roskosmos"un rəhbəri Dmitri Rogozin telekanalın canlı yayınına bağlanaraq sözügedən modulun kosmik tədqiqatlarda yeni cığır açacağına inandığını qeyd edib. 

BAKI, 18 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkəsinin adamların Aya uçmasını və Mars missiyasının həyata keçirilməsini hədəfləyən layihələrinə razılıq verdiyini açıqlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, Rossiya-1 televiziyası Putinin bu barədə bəyanatı 12 aprel Kosmonavtika Günü ilə əlaqədar iştirak etdiyi tədbirdə dediyini bildirib. 

Eyni zamanda kosmosa uçuşlarla bağlı Rusiyada nüvə enerjisi ilə işləyən yeni daşıma modulu üzərində işin getdiyi də bilririlib. 

"Roskosmos"un rəhbəri Dmitri Rogozin telekanalın canlı yayınına bağlanaraq sözügedən modulun kosmik tədqiqatlarda yeni cığır açacağına inandığını qeyd edib. 

Qeyd edək ki, bu il Rusiyada ilk insanın kosmosa uçuşunun 60 illiyi qeyd olunub. Sovet İttifaqı ilk dəfə kosmonavt Yuri Qaqarini kosmosa göndərib.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verib. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdıb. 

Onu da qeyd edək ki, Rusiya 2025-ci ildən etibarən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq. Bu barədə Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib. Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır.

"Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi şəkildə köhnəlib və hökumət xarici tərəfdaşlara əvvəlcədən bu haqda danışmağı təklif edib”, - Borisov deyib. 

Xəbər lenti
0