BAKI, 18 aprel - Sputnik. ABŞ tərəfi hesab edir ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsxanada başına gələcəyi hadisələrə görə məsuliyyəti rəsmi Moskva daşıyır.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib.
“Navalnı təcridxanada öləcəyi təqdirdə Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq. Görə biləcəyimiz konkret tədbirlər barədə demək istəyirəm ki, müxtəlif yolları nəzərdən keçiririk, hazırki mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öləcəyi təqdirdə nəticələrin olacağını bildirdik”, - deyə, o bildirib.