Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vaşinqton Ukraynaya görə Moskvadan izahat istədi

© MARK WILSON / Getty Images via AFPГосударственный департамент США в Вашингтоне
Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Diplomat vurğulayıb ki, ABŞ Rusiyanın hərəkətlərini, o cümlədən Ukrayna sərhədinə güc toplamasını eskalasiya kimi qəbul edir.

BAKI, 5 aprel - Sputnik. Vaşinqton Moskvadan "Ukrayna sərhədindəki təxribatı"n izahatını istəyib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə deyib.  

Diplomat vurğulayıb ki, ABŞ Rusiyanın hərəkətlərini, o cümlədən Ukrayna sərhədinə güc toplamasını eskalasiya kimi qəbul edir. Ancaq o, "Vaşinqton suveren dövlətin öz ərazisində qüvvələrin dislokasiyasını gerçəkləşdirməsini də təhlükə kimi qəbul edirmi?" sualını cavabsız qoyub.

"Ən əsası budur ki, biz ukraynalı həmkarlarımıza, eləcə də Rusiyanın özünə birbaşa bildirdik ki, bu qorxutma cəhdləri və aqressiya qarşısında biz Ukraynanı dəstəkləyirik", - Prays deyib. 

 

Ötən həftə Ağ Evdən məlumat verilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında ABŞ lideri Cozef Bayden "davamlı Rusiya aqressiyası" qarşısında Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib. Politico nəşlri isə qeyd edib ki, tərəflər Ukrayna sərhədində Rusiyanın hərbi qüvvələrini artırması məsələsini də müzakirə ediblər. 

Rusiya XİN rəhbərinin müşaviri Sergey Ryabkov isə vəziyyəti şərh edərkən deyib ki, Rusiya öz ərazisində vacib bildiyi addımları atır və buna aid ABŞ-ın siqnallarına əhəmiyyət vermir.

 

Xəbər lenti
0