Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerika alimlərinə cavab: "Sputnik-V Cənubi Afrika ştammına qarşı daha effektivdir"

© Sputnik Abzal Kaliev / Mediabanka keçidПроизводство вакцины Sputnik V
Производство вакцины Sputnik V - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
“Göstəricilərin qeydə alınmasına elə pedantlıqla yanaşıblar ki, bunun təsadüfən edilməsinə inanmaq mümkün deyil. Ancaq "Sputnik-V"nin ən problemli hesab olunan Cənubi Afrika ştammına təsiri Pfizer-in təsirindən qat-qat yüksəkdir".

BAKI, 5 aprel – Sputnik. “Amerikalı alimlərin “Sputnik V” vaksininin koronavirusun Cənubi Afrika ştammına qarşı aşağı effektivliyi barədə fikirləri səthidir, Rusiya preparatı bu ştammdan daha yaxşı qoruyur, nəinki Pfizer”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzinə yaxın mənbə deyib.

Bu yaxınlarda amerikalı alimlər qrupu MedRxiv saytında apardıqları araşdırmanın ilkin nəticələrini dərc ediblər. Həmin məqalədə iddia olunur ki, Rusiyanın “Sputnik V” vaksini koronavirusun Cənubi Afrika ştammına qarşı daha zəif təsir göstərir.

“Qeyd etmək lazımdır ki, müzakirə olunan araşdırma hələ resenziyadan keçməyib (bu, preprint - ilkin məqalədir və onun final variantı xeyli fərqlənə bilər), bundan başqa, üç əsas müəllifdən birinin açıq-aşkar qərəzli marağı var: o, Pfizer/BioNtech-in koronavirus variantları üzrə məşvərət şurasının üzvüdür”, - mənbə agentliyə bildirib.

“Ancaq iddialara rəğmən, “Sputnik V” vaksini müxtəlif ştammlarda virus neytrallaşdırıcı aktivlik göstəricilərinə görə yüksək nəticə verdi: onun ən problemli hesab olunan Cənubi Afrika ştammına təsiri Pfizer-in təsirindən qat-qat yüksək oldu”, - deyə mənbə vurğulayıb.

Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
RUSİYA
Putin: "Rusiyanın vaksini koronavirusun bütün variantlarına qarşı effektivdir"

O həmçinin bildirib ki, hazırda Avropada daha çox yayılmış Britaniya ştammına münasibətdə vaksinin neytrallaşdırıcı aktivliyinin əhəmiyyətli dərəcədə azalması ümumiyyətlə müşahidə olunmayıb: “Yalnız əlavə test zamanı (hansında ki SARS-Cov-2 koronavirusunun canlı variantı deyil, vezikulyar stomatitin surroqat virusu istifadə olunmuşdu) preprintin müəllifləri “Cənubi Afrika ştammı”na qarşı “Sputnik V”nin xeyrinə olmayan fərq görüblər”.

Agentliyin müsahibi məqalədəki nəticələri “çox zəif” adlandırıb, çünki əhəmiyyətli araşdırma olmadan surroqat testin məlumatlarını SARS-CoV-2 virusu ilə eyniləşdirmək, üstəlik, əlavə göstəricilərin nəticələri ilə müqayisə etmək olmaz: “Maraqlı başqa bir cəhət də var: Pfizer-in məşvərətçiləri həmin məqalədə göstərilən testin Pfizer üçün nəticələrini açıqlamırlar”.

“Göstəricilərin qeydə alınmasına elə pedantlıqla yanaşıblar ki, bunun təsadüfən edilməsinə inanmaq mümkün deyil. Yekunda məqalə məlliflərinə təşəkkür etmək istəyirəm. Onların müstəqil yüksək rəyi “Sputnik V” vaksininin effektivliyi barədə dərc olunmuş məlumatların etibarlılığını növbəti dəfə sübut etdi”, - o deyib.

“Sputnik-V” ümumi əhali sayı 1.5 milyard nəfərdən çox olan 59 ölkədə qeydiyyatdan keçib. Onun effektivliyi 91.6% təşkil edir. Vaksin insanın adenovirus vektorlarının yaxşı öyrənilmiş və sınaqdan keçmiş platformasında yaradılıb və vaksinasiya prosesində iki peyvənd üçün iki fərqli vektordan istifadə edir. O, hər iki peyvənd üçün eyni çatdırılma mexanizmindən istifadə edən digər vaksinlərdən fərqli olaraq daha uzunmüddətli immuniteti təmin edir.

Agentliyin həmsöhbəti əlavə edib ki, Qamaleya Mərkəzinin öz araşdırmasının nəticələri 2021-ci ilin mayında resenziya olunan elmi jurnalda dərc olunacaq. Bu araşdırma amerikanların istifadə etdiyi 12 nəfərlik qrup deyil, daha böyük sayda seçmə qrup əsasındadır və Rusiya vaksininin Cənubi Afrika ştammı da daxil olmaqla yeni koronavirus ştammlarına qarşı digər vaksinlərdən, o cümlədən Pfizer-dən daha güclü təsir göstərdiyini sübut edəcək.

Xəbər lenti
0