Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: "Putin ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməz"

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
"Bizim fikrimizcə, indi əsas məsələ münasibətlərin yamac aşağı sürüşməsinə imkan verməməkdir. İkitərəfli münasibətlər çox zərər gördü, bu vəziyyəti düzəltmək lazımdır".

BAKI, 30 mart — Sputnik. Kremldən bəyan ediblər ki, ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmaq cəhdləri baş tutmayacaq.

"Bu, mümkün deyil. Amerikalılar indi eyni şeyi təkrarlayırlar: biz hamı ilə güc mövqeyindən danışacağıq. Ancaq nə Putin, nə də Rusiya hakimiyyətindəki başqa şəxslər amerikalılara bizimlə belə danışmağa imkan verməzlər. Bu mümkün deyil", – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumenti i Faktı" qəzetinə Vaşinqtonla diplomatik münasibətlərin kəsilməsi məsələsini şərh edərkən vurğulayıb.

Джо Байден  - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Co Bayden: Kamala Harris məndən daha ağıllıdır

Bununla belə, o qeyd edib ki, Moskva fikir ayrılığına baxmayaraq, ABŞ-la dialoqun dəstəklənməsini vacib hesab edir. Peskov Amerika lideri Co Baydenin bu yaxınlarda Vladimir Putinin ünvanına səsləndirdiyi qeyri-diplomatik bəyanata Rusiya prezidentinin reaksiyasını nümunə göstərib. Qeyd edək ki, Bayden mart ayının 17-də "ABC News" kanalına müsahibəsində bildirmişdi ki, Putin "seçkilərə müdaxiləsinə görə cavab verəcək", eləcə də rusiyalı həmkarını dolayı yolla "qatil" adlandırmışdı. Putin isə cavabında ona sağlamlıq arzulayaraq qeyd etmişdi ki, "başqa insanlara qiymət vermək güzgüyə baxmaq kimi bir şeydir". Bundan başqa, Rusiya prezidenti Baydenə müzakirəni canlı yayımda davam etdirməyi təklif edərək bu söhbəti çox təxirə salmamağa çağırmışdı. Amerika tərəfindən bu məsələ ilə bağlı konkret cavab gəlməyib.

"Onun (Putinin - red.) reaksiyasının mahiyyəti amerikalılar tərəfindən cavabsız qalan danışıq təşəbbüsünə əsaslanır. Bizim fikrimizcə, indi əsas məsələ münasibətlərin yamac aşağı sürüşməsinə imkan verməməkdir. İkitərəfli münasibətlər çox zərər gördü, bu vəziyyəti düzəltmək lazımdır. Ona görə də danışıqları davam etdirməyə ehtiyac var", – deyə Kremlin təmsilçisi vurğulayıb.

Peskov onu da əlavə edib ki, "ikitərəfli münasibətlərdə indiyədək görünməmiş gərginləşmə"ni nəzərə alaraq prezidentlərin nə haqqında və necə danışacaqlarını anlamaq maraqlı olardı.

"Ancaq burada qarşı tərəfin yerinə qərar vermək mümkün deyil axı. Tanqo iki nəfərlik rəqsdir", – deyə o vurğulayıb.

Rusiya-Amerika münasibətləri ənənəvi olaraq gərgin xarakter daşıyır. 2014-cü ildə Ukrayna çevrilişindən və Krımın geri qaytarılmasından sonra vəziyyət bir az da pisləşib. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisindən sonra Vaşinqton Moskvanı seçkiyə müdaxilə etməkdə günahlandırıb. Rusiya dəfələrlə bütün ittihamları rədd etsə də, amerikalılar mütəmadi olaraq Rusiya vətəndaşlarına, şirkətlərinə və iqtisadiyyatın bütün sahələrinə qarşı sanksiyalar tətbiq edirlər. Baydenin mətbuata verdiyi açıqlamalardan sonra münasibətlər yenidən gərginləşib və Moskva Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmək üçün ölkəyə çağırıb.

Xəbər lenti
0