BAKI, 30 mart — Sputnik. Moskvanın Mıtişi rayonunda yerləşən bir binada bir kişi evdə barrikada quraraq Rosqvardiya əməkdaşlarına atəş açıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə "Novıye veşki" kottec şəhərciyində baş verib.
Güc strukturlarının əməkdaşları binanı mühasirəyə alıblar. Hələ ki xəsarət alan yoxdur.