Müdafiə Nazirliyi Zəngilanın Çöpədərə kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Çöpədərə kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Kənd 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Çöpədərə kəndi dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınıb. Tədqiqatçılara əsasən, toponim çəp (türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə (mənfi relyef forması) sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.