BAKI, 27 mart — Sputnik. Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyidi aşkarlanıb.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyidi tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.